HomeBaş səhifəyə AZ  RU  EN
About Us Services Projects Partners Carrer Contacts
III. STANDARTLAŞDIRMA SİSTEMLƏRİ

KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİ (KİS)

  • İSO 9001:2000 və keyfiyyəti idarəetmə sistemi nə deməkdir?
  • KİS-in tətbiq edilməsi nəticəsində əldə edilən üstünlüklər
  • Məsləhətçilər nəyə görə lazımdır?

İŞ PRİNSİPLƏRİ

KİS-in YARADILMASINA DAİR MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ

  • KİS-ə dair sənədlərin işlənməsi
  • KİS-in işlənməsi prosesinə heyətin cəlb edilməsi
  • Müştərilərin və heyətin razılıq dərəcəsinin müəyyən edilməsi
  • KİS təşkilatının gələcək təkmilləşdirməsi
  • Daxili auditlərin keçirilməsi

KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİNİN İŞLƏNMƏSİ VƏ TƏTBİQİ

KMC keyfiyyəti İdarəetmə Sisteminin (KİS) işlənməsində, tətbiqində və sertifikatlaşmaya hazırlanmasında, habelə yaradılmış və ya yaradılan sistemin avtomatlaşdırılmasında təşkilatlara ixtisaslı yardım göstərir.

Biz keyfiyyəti idarəetmə sistemləri üzrə peşəkar səriştəyə və praktik iş təcrübəsinə malik olan mütəxəssisləri öz şirkətimizdə birləşdiririk. KMC öz müştərilərinin tələbatını nəzərə alaraq və onların problemlərini və məqsədlərini bilərək səmərəli əməkdaşlığa şərait yaradır.

KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİ (KİS)

Keyfiyyəti İdarəetmə Sistemi (KİS) – təşkilatın rəhbərliyi və müdiriyyəti üçün keyfiyyət üzrə idarəetmə sistemidir.

9000 silsiləsindən olan İSO standartları və onların sahə analoqları Azərbaycanda getdikcə daha geniş yayılırlar. Bu, bir sıra amil ilə əlaqədardır: rəhbərliyin şirkətin fəaliyyətini yaxşılaşdırmağa və mövcud idarəetmə sisteminin məhsuldarlığını artırmağa can atması, xarici tərəfdaşların və istehlakçıların tələbləri, tenderlərin şərtləri və həmin şərtlərin ən əsaslarından biri olaraq, İSO 9001:2000 standartına və ya onun sahə analoqlarına uyğunluğun sertifikatlaşdırılması və bir çox digər amil və onların məcmusu. İstənilən halda, keyfiyyəti idarəetmə sistemini yaradarkən, təşkilat fayda və mənfəətlər qazanır.

İSO 9001:2000 VƏ KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİ NƏ DEMƏKDİR?
İSO 9000:2000 silsiləsindən olan standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Organization for Standardization, ISO) tərəfindən işlənib hazırlanmışdır.

İSO 9000:2000 silsiləsindən olan beynəlxalq standartlar ailəsinə aşağıdakılar daxildir:

  • İSO 9000:2000 Keyfiyyəti İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət.
  • İSO 9001:2000 Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər.
  • İSO 9004:2000 Keyfiyyəti İdarəetmə Sistemləri. Fəaliyyətin təkmilləşdirilməsi üzrə müddəalar.

Mahiyyətcə KİS şirkətin keyfiyyətinin idarəetməsi üzrə aşağıdakıları özündə birləşdirən sistemdir: bir-birinə qarşılıqlı təsir göstərən proseslər və prosedurlar, səriştəli heyət, təşkilati və texnoloji tədbirlər, planlar, sənədlər... Yəni təşkilatın öz fəaliyyəti məqsədlərinə nail olmaq üçün həyati dərəcədə ehtiyac duyduğu hər şey. İSO 9001:2000-ə uyğun gələn keyfiyyəti idarəetmə sistemi bütün maraqlanan tərəflərə (istehlakçılar, səhmdarlar, rəhbərlik, heyət, cəmiyyət, tərəfdaşlar və s.) fayda və mənfəət verir və istehlakçıların razılıq dərəcəsinin yüksəlməsinə xidmət edir.

KİS-in TƏTBİQİNDƏN ƏLDƏ EDİLƏN ÜSTÜNLÜKLƏR
Bütövlükdə İSO 9001:2000-ə və ya QOST R İSO 9001-2001-ə uyğun gələn keyfiyyəti idarəetmə sisteminin yaradılmasından və sertifikatın əldə edilməsindən rəqiblər qarşısında əldə edilən üstünlükləri və mənfəətləri iki qrupa bölmək olar.

Birinci qrupa keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılmasından dərhal sonra özünü büruzə verən mənfəətlər və üstünlüklər daxildir:

  • Bütün səviyyələrdən olan rəhbər işçilər proseslər kəsiyində şirkətin fəaliyyətini qiymətləndirmək və təhlil etmək üçün alət əldə edirlər
  • Yaxşılaşan sahələrin müəyyən edilməsi
  • Tenderlərdə iştirak edən zaman əldə edilən mənfəətlər
  • Sərmayə qoymaq üçün şirkətin cəlbediciliyinin artması
  • İstehlakçılar və təchizatçılar ilə uzunmüddətli münasibətlər qurmaq üçün imkan
  • Şirkətin nüfuzunun yüksəldilməsi
  • Dünya bazarına çıxmaq imkanı
  • Təşkilatın işində şəffaflığın yaranması

İkinci qrupa keyfiyyəti idarəetmə sistemi məhsuldar olduğu təqdirdə özünü tədricən büruzə verən mənfəətlər aiddir:

  • Daxili xərclərin azaldılması və nəticə etibarilə məhsulun qiymətinin azaldılması və ya mənfəətin artırılması
  • Məqsədə uyğun olmayaraq istifadə olunan vaxtın azaldılması və nəticə etibarilə təşkilatın işinin səmərəliliyinin yüksəldilməsi
  • Funksional vəzifələrin şəffaf və dəqiq yerinə yetirilməsi hesabına heyətin həvəsinin artırılması
  • Həlledilməz görünən problemlərin aradan qaldırılması
  • Təhlil üçün faktik məlumatların əldə edilməsi hesabına məhsulun rəqabətəqadirliliyinin yüksəldilməsi
  • Keyfiyyət üçün mükafat almaq imkanı

MƏSLƏHƏTÇİLƏR NƏYƏ GÖRƏ LAZIMDIR?
Həyat fəaliyyətinin istənilən sahəsində istənilən işi peşəkara etibar etmək daha yaxşı olardı. Belə fəaliyyət sahələrindən evlərin inşa edilməsini, naharın hazırlanmasını və ya keyfiyyəti idarəetmə sisteminin yaradılmasını göstərmək olar.

Bizə peşəkarlar tərəfindən keyfiyyətin tənzimlənməsi sisteminin yaradılmasının 3 variantı məlumdur:

  • Ştatda olan əməkdaşların öyrədilməsi
  • Artıq lazımi biliklərə və təcrübəyə malik olan əməkdaşın ştata qəbul edilməsi
  • Kənar məsləhətçilərin cəlb edilməsi

Sadalanan bütün variantların həm müsbət, həm də mənfi cəhətləri vardır, lakin bizim müştərilər üçün ən səmərəli olan üçüncü variantdır, yəni məsləhətçi şirkəti ilə müqavilə bağlanması. Bu variantın əsas üstünlükləri aşağıda göstərilmişdir:

  • Keyfiyyəti idarəetmə sisteminin yaradılması layihəsinin müddətinin və dəyərinin dəqiqliklə müəyyən edilməsi
  • Nəticənin əldə edilməsinə dair inamın yaranması
  • Öz təşkilatını kənardan görmək imkanı
  • Qabaqcil təcrübədən istifadə imkanı
  • Keyfiyyəti idarəetmə sistemini yaradan zaman zərif məqamların toxunulmaz qalması
  • Tərəfdaş münasibətlərinin genişləndirilməsi
  • Sizi maraqlandıran suallara ixtisaslı cavabların əldə edilməsi

İŞ PRİNSİPLƏRİ
Bizim şirkət müştərilərlə iş sahəsində zəngin təcrübəyə malikdir. Keyfiyyəti idarəetmə sistemlərinə dair məsləhətlərin verilməsi işin layihə prinsipinə uyğun olaraq qurulmuşdur və bu, məqsədlərin ifadə edilməsində dəqiqliyi, layihə nəticəsinin əldə edilməsinin şəffaflığını, layihə müddətlərinin, risklərinin və dəyərinin müəyyən edilməsində dəqiqliyi təmin edir.

Bizim şirkətin iş prinsipləri:

  • Layihə üzrə işlərə keyfiyyəti idarəetməsi üzrə məhsuldar sistemin yaradılması üçün lazım olan bütün zəruri elementlər daxildir
  • Layihələr bütün tərəflər üçün mənfəətli olmalıdır
  • Hətta müştərinin problemi layihə ilə əlaqədar olmadığı halda biz həmin problemin həllinə kömək etməyə can atırıq

Biz aşağıdakı hallarda layihəni başlayırıq:

  • Ali rəhbərlik İSO 9001:2000-ə uyğun gələn keyfiyyəti idarəetmə sisteminin yaradılması barədə qərar qəbul etmişdir
  • Keyfiyyəti idarəetmə sisteminin yaradılması üzrə işçi qrupu təsis edilmişdir

Qrupa dair əsas tələblər bunlardır:

  • Ali rəhbərliyin KİS-in yaradılmasına maraq göstərən üzvü qrupa başçılıq edir
  • Xüsusi əməkdaş təyin edilmiş və onun iş vaxtının 80%-i layihə planının yerinə yetirilməsinə sərf ediləcəkdir

KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİNƏ DAİR QISAMÜDDƏTLİ PEŞƏKAR MƏSLƏHƏT XİDMƏTLƏRİ Əgər siz keyfiyyəti idarəetmə sistemini özünüz işləyib hazırlayırsınızsa, yəqin ki, sizin rastınıza müntəzəm olaraq sual doğuran hallar və çətinliklər çıxır. Məhz belə anlarda bizim məsləhətçilər sizə saathesabı məsləhətlər şəklində peşəkar yardım göstərməyə hazırdırlar.

KİS-ə dair məsləhət xidmətlərinin mümkün mövzuları bunlardır:

  • KİS-ə dair sənədlərin işlənməsi
  • KİS-in işlənməsi prosesinə heyətin cəlb edilməsi
  • Müştərilərin və heyətin razılıq dərəcəsinin müəyyən edilməsi
  • Gələcəkdə KİS təşkilatının təkmilləşdirilməsi
  • Daxili auditlərin keçirilməsi

KMC İSO 9001:2000 standartına uyğun gələn keyfiyyəti idarəetmə sisteminin (KİS) yaradılmasına, habelə KİS-in sertifikatlşmaya hazırlanmasına peşəkar yardım göstərməyi təklif edir.


İstifadəçi:
Parol:

Qeydiyyatdan keçmiş istifadəçilər üçün
(qeydiyyat)





ENTER

T: (+ 994 12) 497 89 97
F: (+ 994 12) 497 89 97
E: info@kmc-az.comCopyright 2006 KMC. All rights reserved.