HomeBaş səhifəyə AZ  RU  EN
About Us Services Projects Partners Carrer Contacts
I. MÜHASİBAT, MALİYYƏ VƏ VERGİLƏRİN İDARƏOLUNMASI

MÜHASİBAT XİDMƏTLƏRİ

  • Mühasibat uçotunun təşkili
  • Mühasibat uçotunun aparılması (mühasibat xidməti)
  • Mühasibat uçotunun bərpası
  • Mühasibata dair məsləhətlər

MALİYYƏ İDARƏETMƏSİ

  • Maliyyə axınlarının optimallaşdırılması
  • Maliyyə sxeminin bərpası və təhlili
  • İnvestisiya layihələrinin işlənməsi
  • Maliyyə risklərinin təhlili
  • İdarəetmə xərclərinin azaldılması

VERGİLƏR VƏ VERGİQOYMA

  • Vergi planlaşdırması (vergiqoymanın optimallaşdırılması)
  • Vergi uçotunun təşkili
  • Vergiqoyma və vergi qanunvericiliyi məsələlərinə dair məsləhətlərin verilməsi

AUDİTOR XİDMƏTLƏRİ

  • Məcburi audit
  • Vergi auditi
  • Maliyyə auditi
  • Hesabatvermənin ümumiləşdirilməsi
  • Mühasibat uçotu və vergi qanunvericiliyi məsələləri üzrə abunə xidməti (daimi xidmət)
  • Təşkilatların (müəssisələrin) fəaliyyət növləri üzrə auditi
  • Ayrı-ayrı əməliyyatların auditi
  • Auditor məsləhətləri

MÜHASİBAT XİDMƏTLƏRİ

Hazırda göstərilən xidmətlərin növləri baxımından təklif olunan mühasibat xidmətləri ən sərfəli hesab olunur. Biz Bakı şəhərinin və onun ətrafında yerləşən qəsəbələrin ərazisində sizin təşkilatın mühasibat uçotunun kompleks şəkildə aparılması və digər mühasibat xidmətlərinin göstərilməsi sahəsində öz xidmətlərimizi təklif edirik. Kənar təşkilatlar tərəfindən mühasibat xidmətlərinin göstərilməsinin üstünlüyü ondan ibarətdir ki, hər kəs peşəkar səviyyədə öz işi ilə məşğul olur.

Biz mühasibat xidmətlərinin “autsorsinq”ini təqdim edirik: siz öz təşkilatınızın mühasibat uçotunun aparılması, müəssisənin mühasibat müşayiəti, mühasibat uçotunun qurulması və təşkili və mühasibat uçotunun bərpası üzrə funksiyaları bizim şirkətə verirsiniz. Bacarıqlı iş adamlarının müxtəlif fəaliyyət növlərini həyata keçirmək üçün bir neçə hüquqi şəxs təsis etdikləri halda və həmin hüquqi şəxslərin hər birinin mühasibat xidmətlərinin göstərilməsinə ehtiyacı olduğu halda Bakıda mühasibat xidmətlərinin autsorsinqi xüsusi əhəmiyyət kəsb edir.

Bizimlə təşkilatınıza mühasibat xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamaqla siz baş mühasibin əmək haqqı, onun iş yerinin təşkili və bununla əlaqədar olan digər xərclər hesabına öz vəsaitinizə qənaət edərsiniz, ən əsası isə - öz əsəblərinizi və səhhətinizi qoruyarsınız.

Öz müəssisənizə mühasibat xidmətlərinin göstərilməsini peşəkarlara etibar etməklə, siz natamam şəkildə və ya gecikmə və pozuntular ilə təqdim edilən hesabatvermə barədə artıq narahat olmayacaqsınız. Siz vergi və mühasibat qanunvericiliyinin pozulması ilə əlaqədar olan cərimələri artıq ödəməyəcəksiniz.

Mühasibat xidmətləri göstərərkən biz öz işimiz üçün cavabdeh oluruq və kommersiya məlumatının keyfiyyətinə və məxfiliyinə, uçotun fasiləsiz aparılmasına, vergiqoymanın optimallaşdırılmasına, öz işimizin nəticələrinin etibarlılığına və həmin nəticələrin kənar (dövlət orqanları, sərmayədarlar, kreditorlar və s.) və daxili istifadəçilər qarşısında müdafiə edilməsinə zəmanət veririk.

Peşəkar mühasibat xidmətləri sayəsində siz idarəetmə sahəsində qərar qəbul etmək üçün öz təşkilatınızın maliyyə vəziyyəti barədə məlumatı operativ surətdə ala biləcək, lazım olduqda isə mühasibat və vergi uçotu məsələləri üzrə mütəxəssis yardımı ala biləcəksiniz. Mühasibat xidmətləri göstərərkən bizim mütəxəssislər sizin müəssisənin inkişafı üçün hər cür şərait yaratmağa çalışırlar. Hazırda biz peşəkar mühasibat xidmətlərinin aşağıdakı növlərini təklif edə bilərik:

  • Mühasibat uçotunun qurulması (təşkili);
  • Mühasibat müşayiəti, mühasibat uçotunun aparılması (mühasibat xidməti);
  • Mühasibat uçotunun bərpası;
  • Mühasibata dair məsləhətlərin verilməsi

MÜHASİBAT UÇOTUNUN QURULMASI (TƏŞKİLİ)
Müəssisədə mühasibat uçotunun qurulması (təşkili) dedikdə, aşağıdakılar nəzərdə tutulur:
-mühasibat uçotu təşkil edilən anda müəssisənizin fəaliyyətinin xüsusiyyətlərinin ətraflı tədqiq edilməsi;
-ödənilməli vergilərin təhlili və kəmiyyətcə qiymətləndirilməsi;
-vergiqoymanın optimal qanuni sxemlərinin işlənməsi;
-mühasibat və vergi uçotu məqsədilə müəssisənizin uçot siyasətində əks olunan mühasibat və vergi uçotunun aparılmasının əsas prinsiplərinin və metodlarının işlənməsi;
-qanunvericiliyə uyğun olaraq mühasibat və vergi uçotunun bütün sahələrinin sənədləşdirilməsinə dair təlimatların işlənməsi;
-müəssisədə mühasibat xidmətinin strukturunun təkmilləşdirilməsi, mühasibat xidməti işçilərinin fəaliyyətinin reqlamentlərinin işlənməsi;
-müəssisədə sənəd dövriyyəsi sisteminin təhlili, rəsmiləşdirilməsi, təşkili və optimallaşdırılması, o cümlədən vergi uçotu registrlərinin və əlavə mühasibat uçotu registrlərinin işlənməsi;
- mühasibat uçotunun avtomatlaşdırılması yolu ilə onun əmək sərfiyyatı baxımından optimal təşkili.

Mühasibat uçotunun qurulması (təşkili) həm uçot sistemlərinə dair kompleks yanaşmanı tətbiq etməklə, həm də ayrı-ayrı istiqamətlər üzrə mümkündür. Gələcəkdə şirkətinizin maliyyə fəaliyyətinin nəticələrinə mənfi təsir göstərən sistematik səhvlərin yaranmasının qarşısını almaq üçün mühasibat uçotunu bir dəfə, savadlı şəkildə təşkil etmək kifayətdir.

MÜHASİBAT MÜŞAYİƏTİ, MÜHASİBAT UÇOTUNUN APARILMASI (MÜHASİBAT XİDMƏTİ)
Mühasibat müşayiəti və xidməti (mühasibat uçotunun aparılması) sahəsində işlər müxtəlif sxemlər üzrə yerinə yetirilir:
-ilkin sənədlərin bütün növlərinin yalnız bizim öz gücümüz hesabına tam tərtib edilməsi, rəsmiləşdirilməsi, işlənməsi, mühasibat və vergi hesabatlarının tərtib edilməsi (klassik mənada mühasibat uçotu) şərtilə;
-Müştərinin təqdim etdiyi ilkin sənədlər əsasında, həmin sənədlərin daha dəqiq işlənməsi, mühasibat və vergi hesabatverməsinin yaradılması yolu ilə;
-qarışıq yanaşma – əvvəlcədən əldə edilmiş razılıq əsasında.

Biz təşkilatların mühasibat müşayiəti və mühasibat xidmətlərinin göstərilməsi sahəsində, habelə müqavilədə müəyyən ediləcək həcmlərdə və istiqamətlərdə mühasibat uçotunun aparılması sahəsində fəaliyyət göstəririk. Mühasibat uçotunun və müşayiətinin yerinə yetirilməsi sahəsində xidmətlər həm daimi, həm də birdəfəlik qaydada göstərilə bilər.

Mühasibat uçotunun aparılması sahəsində şirkətimizin xidmətlərindən istifadə edərkən, siz mühasibat və vergi hesabatverməsinin bütün formalarının büdcədənkənar fondlara, statistika orqanlarına və digər idarələrə vaxtında və tam şəkildə veriləcəyindən əmin ola bilərsiniz.

Təşkilatların mühasibat müşayiəti və təşkilatlara mühasibat xidmətlərinin göstərilməsi sahəsində görülən kompleks işlərin növləri aşağıda göstərilmişdir:
-ilkin uçot və vergi sənədlərinin mövcudluğunun, düzgün rəsmiləşdirilməsinin və qanunvericiliyin tələblərinə cavab verməsinin yoxlanması;
-çatışmayan ilkin uçot və vergi sənədlərinin, habelə alış və satış kitablarının tərtib edilməsi;
-qəbul edilən hesab-fakturaların təqdim edilməsi və işlənməsi;
-vergilərin və digər məcburi ödənişlərin hesablanması, ödəniş tapşırığının ödənişə hazırlanması;
-uçotun bütün və ya ayrı-ayrı hissələrinin analitik və sintetik qeydiyyatının aparılması;
-mühasibat və vergi uçotunun registrlərinin tərtib edilməsi;
-bank və kassa əməliyyatlarının, kadr sənədlərinin rəsmiləşdirilməsi;
-müştərilərlə münasibətlərin rəsmiləşdirilməsi üçün nümunəvi müqavilələrin işlənməsi;
-mühasibat və vergi hesabatverməsinin bütün formalarının yaradılması.

Mühasibat müşayiəti və xidməti sahəsində işləri, habelə mühasibat uçotunun aparılmasını peşəkarlara etibar edin.

MÜHASİBAT UÇOTUNUN BƏRPASI
Hazırda bir çox təşkilat ötən hesabat dövrləri üzrə mühasibat uçotunun bərpa edilməsinə ehtiyac duyur. Mühasibat uçotunun tam və ya qismən bərpa edilməsinin məqsədi qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin bütün sənədlərini qaydaya salmaqdır. Ötən dövrlərdə qanunvericiliyin pozulması ilə əlaqədar olan və arzuolunmayan maliyyə nəticələrini minimuma endirmək üçün mühasibat və vergi uçotunun bərpası proseduru dəqiqləşdirilmiş vergi bəyannamələrinin və düzəldilmiş mühasibat hesabatverməsi formalarının təqdim edilməsi ilə müşayiət olunur.

Mühasibat uçotunun bərpası sintetik, analitik və vergi registrlərinin, təşkilatın köçməsi və ya mühasiblərin dəyişməsi, müəssisə fəaliyyətinin müəyyən dövrlərində uçotun lazımi qaydada aparılmaması və s. ilə əlaqədar olaraq itirilən, sonra isə tam və ya qismən təqdim edilən ilkin sənədlər əsasında təşkilatın hesabatverməsinin bərpasından ibarətdir.

Mühasibat uçotunun bərpası proseduru mövcud olan ilkin sənədlər əsasında sintetik və analitik mühasibat və vergi registrlərini, habelə təşkilatın ötən dövrlər üzrə hesabatverməsini bərpa etməyə imkan verir. Əgər sizə mühasibat uçotunu bərpa etmək lazımdırsa, onda bizim şirkətə müraciət edin. Biz təşkilatınızın mühasibat və vergi uçotunda bütün boşluqları doldurarıq, biz hər şeyi bacarırıq.

MÜHASİBATA DAİR MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ
Təşkilatların mühasibat müşayiəti və təminatı sahəsində təklif etdiyimiz xidmət növlərindən biri kimi mühasibata dair məsləhətlərin verilməsi hər bir müəssisənin mühasibat uçotunun aparılması prosesinin ayrılmaz hissəsini təşkil edir.

Mühasib qeyri-standart, qeyri-ənənəvi və ya ona tanış olmayan vəziyyətlərlə rastlaşdıqda və hər hansı məsələni təcili həll etmək lazım olduqda, lakin lazımi məlumata malik olmayan müxtəlif mənbələrdə cavab axtarmaq üçün vaxt olmadıqda mühasibata dair məsləhətlərə dair ehtiyac xüsusilə kəskin surətdə hiss olunur.

Mühasibat uçotuna dair peşəkar məsləhətlər qısa müddət ərzində sizin bütün problemlərinizi həll etmək, habelə maliyyə və təsərrüfat fəaliyyətinin gedişatında sizi maraqlandıran bütün suallara cavab vermək üçün imkan yaradacaqdır. Mühasibata dair məsləhətlər daimi qaydada (abunə xidməti şəklində) və ya birdəfəlik qaydada (lazım olduqda) göstərilə bilər.

Mühasibata dair məsləhətlərin əsaslandırılmasına və qanunvericilik normalarına uyğun gəlməsinə zəmanət kimi mütəxəssislərimizin yüksək peşəkarlıq səviyyəsini və zəngin iş təcrübəsini göstərə bilərik. Mühasibat və vergi uçotuna dair peşəkar məsləhətlərin əsas üstünlüyünün səbəbi onların operativliyi və keyfiyyətidir.
Mühasibata dair məsləhətlər müəssisənizin möhkəmlənməsinə və inkişafına təkan verən səmərəli idarəetmə qərarlarını operativ qaydada və vaxtında qəbul etmək üçün imkan yaradacaqdır.

MALİYYƏ İDARƏETMƏSİ

Biz kiçik, orta və böyük müəssisələrin maliyyə vəziyyətinin monitorinqi üzrə xidmətlərin tam çeşidini təqdim edirik. Maliyyə məsələlərinin həllinə dair yanaşmamızın əhəmiyyəti ondan ibarətdir ki, biz həmin məsələləri bütövlükdə təşkilatın inkişaf perspektivləri baxımından qiymətləndiririk.

Maliyyə idarəetməsi sahəsində nəzəriyyələri, dili, konsepsiyaları, analitik metodları və texniki alətləri dərindən dərk etmək xərclərin optimallaşdırılması, maliyyə vəsaitlərindən istifadə səmərəliliyinin yüksəldilməsi, əsas göstəricilərin yaxşılaşdırılması, maliyyə vəziyyətinə daimi nəzarət və monitorinq, risklərin qiymətləndirilməsi, təşkilatın inkişafının planlaşdırılması, investisiya planlarının işlənməsi və qəbul edilməsi, idarəetmə uçotunun tətbiqi və büdcənin tərtib edilməsi məsələlərinə dair idarəetmə qərarlarının qəbul edilməsində həlledici rol oynayır.

Maliyyə idarəetməsinin istiqamətləri -maliyyə axınlarının optimallaşdırılması;
-maliyyə sxeminin müəyyən edilməsi və təhlili;
-maliyyə risklərinin təhlili;
-idarəetmə xərclərinin azaldılması.

Tətbiq edilən metodologiya
Maliyyə vəziyyətini tədqiq edən zaman KMC maliyyənin idarəolunmasına dair yenilikçi yanaşmadan istifadə edir. Biz öz metodologiyamızı daim təkmilləşdiririk və müasir nəzəri konsepsiyaları və toplanmış praktik təcrübəni öz metodologiyamıza daxil edirik.

VERGİLƏR VƏ VERGİQOYMA

Təşkilata vergi qoyulması – şirkətin idarəetmə sisteminin ayrılmaz hissəsidir. Savadlı səviyyədə qurulmuş vergi uçotu sisteminin köməyilə vergi planlaşdırması sisteminin tətbiqi biznesinizin inkişafına təkan verir. Səmərəli vergiqoyma prosesinin təşkili müəssisənizin işində ən yaxşı nəticələrin əldə edilməsinin optimal üsullarından biridir.

KMC-nin mütəxəssisləri vergiqoyma sahəsində aşağıdakı xidmətləri göstərirlər:

  • Vergi planlaşdırması (vergiqoymanın optimallaşdırılması)
  • Vergi uçotunun qurulması (təşkili)

VERGİ PLANLAŞDIRMASI (VERGİQOYMANIN OPTİMALLAŞDIRILMASI)
Vergi planlaşdırmasının məqsədi minimal xərc çəkməklə maksimal maliyyə nəticəsinin əldə edilməsi üçün vergiqoyma sistemini təşkil etməkdir. Kompleks vergi planlaşdırması müəssisədə maliyyə planlaşdırmasının bir hissəsini təşkil edir.

Vergi planlaşdırması bütövlükdə vergiqoymanın optimallaşdırılmasını, ayrı-ayrı vəziyyətlərdə vergi ödənişlərinin optimallaşdırılması sxemlərinin işlənməsini, müxtəlif idarəetmə qərarlarının vergilərə göstərdiyi təsiri vaxtında təhlil etmək üçün vergiqoyma sisteminin təşkilini nəzərdə tutur. Vergi planlaşdırması çərçivəsində vergi ödənişlərinin planlaşdırılması müəssisələrə mövcud resursları daha səmərəli idarə etmək imkanı yaradacaqdır.

Vergi planlaşdırmasının əsas prinsipləri bunlardır:

  • Vergiqoymanın optimallaşdırılmasının bütün üsullarının və metodlarının qanuniliyi;
  • Vergiqoymanın optimallaşdırılması sxemlərinin tətbiqinin qənaətliliyi;
  • Konkret vergi ödəyicisinin fəaliyyətinə və xüsusiyyətlərinə fərdi yanaşma;
  • Işlənmiş vergiqoyma sxemlərinin və metodlarının tətbiqinin kompleksliyi və çoxvariantlılığı.

Vergi planlaşdırmasının təşkili aşağıdakılardan ibarətdir: təşkilatın maliyyə və təsərrüfat fəaliyyətinin ilkin təhlili; qüvvədə olan qanunvericiliyin tədqiq edilməsi, vergi planlaşdırmasının ən perspektivli istiqamətlərini müəyyən etmək məqsədilə konkret vergi ödəyicisinin vergi problemlərinin tədqiq və təhlil edilməsi; konkret fəaliyyət növlərində tərəfdaşların və rəqiblərin üzərinə vergi qoyulmasının optimallaşdırılması sxemlərinin tədqiq edilməsi, habelə müəssisədə vergiqoymanın ən sərfəli üsullarının tətbiq edilməsi.

Müəssisəyə vergi qoyulmasının optimallaşdırılması, konkret fəaliyyət növünə və ya müəyyən təşkilati-hüquqi formaya dair vergilərin minimuma endirilməsi üzrə ayrıca sxemlərin işlənməsi vergi ödənişlərini ixtisar etməyə imkan yaradacaqdır. Qənaət edilən vəsaitləri siz sərmayə şəklində öz biznesinizin inkişafına yatıra bilərsiniz.

Vergi planlaşdırması biznesin təşkili mərhələsində aparıldığında, ən səmərəli nəticələr verir, çünki təşkilati-hüquqi formanın seçilməsinə, müəssisənin qeydiyyat yerinin müəyyən edilməsinə, müəssisənin təşkilati strukturunun işlənməsinə əvvəlcədən düzgün yanaşmaq məqsədəuyğundur.

Müəssisə fəaliyyət göstərən zaman vergi planlaşdırmasının təşkili təchizatçılarla və sifarişçilərlə müqavilə münasibətləri rəsmiləşdirildiyi halda, təsərrüfat əməliyyatları həyata keçirildiyi halda və s. hallarda zəruridir. Vergi planlaşdırması müəssisənin yaradılması, yenidən təşkil edilməsi, ləğv edilməsi, dəyişdirilməsi, birləşdirilməsi və s. prosesinin ayrılmaz hissəsidir.

Biz müəssisənizdə vergi planlaşdırması prosesini təşkil etməyi və bunula da sizin işinizin çiçəklənməsinə və inkişafına təkan verməyi təklif edirik.

VERGİ UÇOTUNUN QURULMASI (TƏŞKİLİ)
Müəssisədə vergi uçotunun təşkil edilməsinin zəruriliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsində qanuni səviyyədə təsbit edilmişdir.

Vergi uçotunu qurmaqda məqsəd təşkilatın vergi öhdəlikləri üzrə büdcə və büdcədənkənar fondlar ilə hesablaşmaların vəziyyətinə operativ nəzarəti təmin etməkdir. Sənəd dövriyyəsi (vergi registrlərinin işlənməsi) baxımından vergi uçotunun optimal təşkili sizin büdcəyə və büdcədənkənar fondlara olan borcunuzu səmərəli şəkildə tənzimləmək, vergi risklərinin və arzuolunmayan maliyyə nəticələrinin qarşısını almaq imkanı yaradacaqdır.

Vergi uçotunun düzgün qurulması istənilən təşkilatda vergi planlaşdırmasının əsasını təşkil edir və dərin peşə bilikləri və təcrübəsi tələb edir. Vergi uçotunun təşkilini KMC-nin mütəxəssislərinə etibar etməklə, siz büdcə və büdcədənkənar fondlar ilə hesablaşmaların vəziyyəti haqqında məlumat almaq üçün vaxta qənaət edəcək, düzgün idarəetmə qərarlarını vaxtında qəbul edə biləcəksiniz. Bundan əlavə, təşkilatınızın vergi riskləri minimuma endiriləcəkdir.
KMC-nin mütəxəssisləri sizin müəssisənin sərfəli və rəqabətəqadir olmasına, habelə qanunvericilik çərçivəsində fəaliyyət göstərməsinə kömək etməyə hazırdırlar.

AUDİTOR XİDMƏTLƏRİ

KMC öz müştərilərinin iqtisadi vəziyyətlərinin qayğısını çəkir. Göstərdiyimiz auditor xidmətləri mühasibat uçotunu və vergi öhdəlikləri üzrə hesablamaları qüvvədə olan qanunvericiliyə uyğunlaşdırmağa kömək edir. Mühasibat hesabatverməsinin düzgünlüyü barədə auditorun rəyi şirkətin düzlüyünü və səmimiliyini təsdiq edir. Təsadüfi deyildir ki, hətta məcburi auditə cəlb edilməyən təşkilatlar da auditor xidmətləri üçün müraciət edirlər. Kiçik və orta biznesin iqtisadi subyektlərinin rəhbərləri vergi planlaşdırması, vergi ödənişlərinin optimallaşdırılması sxemlərinin işlənməsi və mühasibat uçotunun aparılması məsələlərinə dair peşəkar auditor rəylərini daha çox nəzərə alırlar.

Artıq auditor xidmətlərinin göstərilməsi əsassız olaraq vergi orqanları işçilərinin təftişləri ilə əlaqələndirilmir. Müstəqillik, düzlük və məxfilik prinsiplərinə riayət etməklə, biz auditor xidmətlərinin bütün çeşidlərini təqdim edirik. Uçot, vergiqoyma və idarəetmə sahəsində mütəxəssis yardımı bizim müştərilərə əhəmiyyətli iqtisadi fayda verəcəkdir.

Mühasibat hesabatverməsinin məcburi auditini apararkən, KMC rəsmi auditor rəyi verir. Auditor xidmətlərindən istifadə etmək üçün bizə müraciət edərkən, siz rəqibləriniz qarşısında daha bir üstünlük əldə edirsiniz. Siz bizneslə məşğul olun, yerdə qalan işləri isə peşəkarlar yerinə yetirəcəklər.

Şirkətimiz aşağıdakı auditor xidmətlərini göstərir:

  • Məcburi audit;
  • Vergi auditi;
  • Maliyyə auditi;
  • Hesabatvermənin ümumiləşdirilməsi;
  • Abunə xidməti (daimi xidmət);
  • Fəaliyyət növləri üzrə təşkilatların (müəssisələrin) auditi;
  • Ayrı-ayrı əməliyyatların auditi;
  • Auditor məsləhətlərinin verilməsi.

MƏCBURİ AUDİT
Məcburi audit ildə bir dəfə təşkilatın mühasibat uçotunun və maliyyə (mühasibat) hesabatverməsinin aparılmasının auditor tərəfindən məcburi qaydada yoxlanmasıdır.
Aşağıdakı təşkilatlarda məcburi audit aparılmalıdır:

  • Səhmdar cəmiyyət təşkilati-hüquqi formasına malik olan təşkilatlar;
  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu kimi, fiziki və hüquqi şəxslər tərəfindən icra edilən məcburi ayırmalar hesabına öz vəsaitlərini təşkil edən kredit və ya sığorta təşkilatlarına, qarşılıqlı sığorta cəmiyyətlərinə, əmtəə və ya fond birjalarına, sərmayə və ya dövlət büdcədənkənar fondlarına, yaxud fiziki və hüquqi şəxslərin könüllü ayırmaları hesabına öz vəsaitlərini yaradan fondlara aid olan təşkilatlar;
  • Bir il ərzində öz məhsulunun satışı (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) hesabına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 122.1 maddəsində qeyd olunan məbləğdən çox mədaxil əldə edən və ya hesabatvermə ilinin sonuna Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 122.1 maddəsində qeyd olunan məbləğlə müqayisədə daha böyük balans aktivlərinin cəminə malik olan təşkilatlar;
  • Təsərrüfat hesabı hüququ əsasında yaradılan dövlət və ya bələdiyyə müəssisəsi olan təşkilatlar, bir şərtlə ki, onların fəaliyyətinin maliyyə göstəriciləri əvvəlki bəndə uyğun olsun (Azərbaycan Respublikasının qanunu ilə bələdiyyə müəssisələri üçün maliyyə göstəriciləri endirilə bilər);
  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu kimi, məcburi auditə məruz qalan təşkilatlar.

Bir çox rəhbərlər istənilən yolla məcburi auditin keçirilməsinin qarşısını almaq istəyirlər və bəzən auditor şirkətinin, vergi və ya sanitar-epidemiologiya xidmətlərinin yoxlamaları arasında əhəmiyyətli fərq görmürlər. Lakin biznes inkişaf etdikcə, məcburi auditin bir mükəlləfiyyət kimi qəbul edilməsində tədricən dəyişiklik baş verir. Əgər sizin təşkilat məcburi audit meyarlarına uyğun gəlirsə, bu, o deməkdir ki, sizin təşkilat cəmiyyət üçün əhəmiyyətlidir və biznes inkişafının yeni səviyyəsinə yüksəlmişdir. Məcburi auditin uğurla keçirilməsi bir növ “keyfiyyət nişanıdır” və o, təchizatçılara, alıcılara, sərmayədarlara, kreditorlara və digər maraqlanan şəxslərə göstərir ki, sizin şirkətin uçot sistemi yaxşı qurulmuşdur, fəaliyyət nəticələrinin əsas göstəricilərinə etibar etmək olar, büdcə ilə hesablaşmalar düzgün aparılır və vergi orqanları ilə münaqişə yaranması riski yoxdur.
KMC ilə məcburi audit barədə müqavilə bağlayarkən, siz əmin ola bilərsiniz ki, uçot sisteminin ekspertizası auditor fəaliyyətinin Azərbaycan və beynəlxalq standartları əsasında işlənmiş sərt daxili firma standartlarımıza uyğun olaraq aparılacaqdır.

Auditin planı və proqramı məcburi auditin keçirilməsi üçün lazım olan və planlaşdırılan auditor prosedurlarının xüsusiyyətlərini, vaxt çərçivələrini və həcmini müəyyən edir. Audit proqramı auditor üçün təlimatlar paketidir, habelə işin lazımi qaydada yerinə yetirilməsinə nəzarət və yoxlama vasitəsidir. O, uçotun ən çətin sahələrinə ən çox diqqət yetirməyə, məcburi auditi keyfiyyətlə, vaxtında və müştəri üçün optimal xərclərlə keçirməyə imkan yaradır. Bu işin nəticəsində auditor rəyi verilir, habelə müştərinin rəhbərliyinə yazılı məlumat verilir və həmin məlumatda bizim mütəxəssislər bütün qeydləri və tövsiyələri ətraflı şəkildə təsvir edirlər.

KMC məcburi audit üzrə xidmətlərin bütün çeşidlərini yerinə yetirir:

  • Təşkilatların və müəssisələrin auditi;
  • Səhmdar cəmiyyətlərin (SC) auditi;
  • Qeyri-hökumət təşkilatlarının (QHT) auditi;
  • Sərmayə fondlarının (SF) auditi.

VERGİ AUDİTİ
Vergi auditi auditor xidmətlərinin ən çox tələb edilən növlərindən biridir. Vergi auditi təşkilatın mühasibat və vergi uçotu sistemlərinin aşağıdakı cəhətlərinin müstəqil yoxlanmasıdır:
-vergilərin hər növü üzrə vergiqoyma bazasının tərtib edilməsinin, habelə müəyyən dövr üzrə vergilərin və rüsumların hesablanmasının və ödənilməsinin düzgünlüyü;
-büdcə və büdcədənkənar fondlar ilə hesablaşmaların vəziyyəti;
-mühasibat və vergi uçotu sistemlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğu.

Vergi orqanları ildə bir dəfədən tez olmayaraq təşkilatı yoxlamalıdırlar. Yoxlama üç ildən çox olmayaraq təşkilatın fəaliyyət müddətini əhatə edə bilər. Vergi orqanları tərəfindən aparılan auditin məqsədi fəaliyyətin vergi qanunvericiliyinə uyğunluğunu yoxlamaqdır. Konkret olaraq bu halda isə KMC tərəfindən aparılan vergi auditinin məqsədi mühasibat və vergi uçotu sistemlərinin müəyyən edilən xətalarının ekspertizasını aparmaq və onların aradan qaldırılması üçün tədbirlər işləyib hazırlamaqdır.

Vergi auditinin gedişatında yoxlanan vergi növlərinin hər biri üzrə vergi bazaları tədqiq edilir, vergi uçotunun və vergi hesabatverməsinin həm kompleks, həm də ayrı-ayrı vergilər üzrə auditi keçirilir. Vergi uçotunun və vergi hesabatverməsinin auditi keçirilən zaman vergiqoymanın optimallşdırılması sahəsində vergi ödəyicisinin imkanları barədə məlumat toplanır və təhlil olunur.

Vergi auditinin nəticəsi müəssisənin vergi risklərini qiymətləndirmək və minimuma endirməkdir. Vergi auditinin nəticələrinə uyğun olaraq siz aşkar edilən səhvlərin düzəldilməsinə dair peşəkar tövsiyələr alacaqsınız.

Hər təşkilat və hər fərdi sahibkar qanunla müəyyən edilən vergi və rüsumları ödəməlidir, lakin heç də hamı vergi qanunvericiliyini yaxşı bilmir. Vergi auditi vergi risklərinin və cərimə şəklində olan öhdəliklərin qarşısını almaqda sizə kömək edəcəkdir. Siz vergi inspektorlarının maliyyə yoxlamalarının arzuolunmayan nəticələrinin qarşısını almaq üçün real imkan əldə edəcəksiniz. Bizim mütəxəssislər dövlət orqanları ilə ünsiyyət təcrübəsinə malikdir və məhkəmədə öz mövqelərini savadlı şəkildə müdafiə etməyə qadirdirlər. Biz nəzarət orqanlarının yoxlamalarını müşayiət etməyə və vergi mübahisələrinin sizin xeyrinizə həll edilməsinə kömək etməyə hazırıq.

MALİYYƏ AUDİTİ
Müasir Azərbaycan praktikasında maliyyə auditi kifayət qədər dar anlayış kimi və adətən sahibkarın təşəbbüsü ilə və ya ildə bir dəfə təşkilatların hesabatverməsinin qanunvericilikdə nəzərdə tutulan yoxlanması məqsədilə keçirilən maliyyə hesabatverməsinin klassik auditi kimi qəbul olunur. Konkret olaraq bizim halda, aşağıdakı təşkilatlarda məcburi maliyyə auditi keçirilməlidir:

  • Səhmdar cəmiyyət təşkilati-hüquqi formasına malik olan təşkilatlar;
  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu kimi, fiziki və hüquqi şəxslər tərəfindən icra edilən məcburi ayırmalar hesabına öz vəsaitlərini təşkil edən kredit və ya sığorta təşkilatlarına, qarşılıqlı sığorta cəmiyyətlərinə, əmtəə və ya fond birjalarına, sərmayə və ya dövlət büdcədənkənar fondlarına, yaxud fiziki və hüquqi şəxslərin könüllü ayırmaları hesabına öz vəsaitlərini yaradan fondlara aid olan təşkilatlar;
  • Bir il ərzində öz məhsulunun satışı (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) hesabına Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 122.1 maddəsində qeyd olunan məbləğdən çox mədaxil əldə edən və ya hesabatvermə ilinin sonuna Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 122.1 maddəsində qeyd olunan məbləğlə müqayisədə daha böyük balans aktivlərinin cəminə malik olan təşkilatlar;
  • Təsərrüfat hesabı hüququ əsasında yaradılan dövlət və ya bələdiyyə müəssisəsi olan təşkilatlar, bir şərtlə ki, onların fəaliyyətinin maliyyə göstəriciləri əvvəlki bəndə uyğun olsun (Azərbaycan Respublikasının qanunu ilə bələdiyyə müəssisələri üçün maliyyə göstəriciləri endirilə bilər);
  • Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğu kimi, məcburi auditə məruz qalan təşkilatlar.

Lakin, maliyyə auditi məqsədlərinin müəyyən edilməsinə daha geniş surətdə yanaşmaq olar: yəni onu maliyyə hesabatverməsinin düzgünlüyünü müəyyən etmək üçün keçirilən audit kimi deyil, təşkilat rəhbərliyinin və ya sahibinin təşəbbüsü ilə müəssisənin işinin səmərəliliyinin və maliyyə nəticələrinin tədqiq edilməsinə yönəldilən yoxlama kimi qəbul etmək olar. Belə olan halda maliyyə vəziyyətinin auditi vasitəsilə iqtisadi təhlil metodlarından istifadə etməklə maliyyə hesabatverməsinin auditi keçirilir. KMC-nin mütəxəssisləri belə layihələri yerinə yetirərkən pula çevrilə bilmə qabiliyyətinin, ödəmə qabiliyyətinin, şəxsi kapitalın gəlirliliyinin, dövriyyə qabiliyyətinin və s. təhlil olunmasına xüsusi diqqət yetirirlər.

Bu işin nəticəsində maliyyə auditinin yekunları barədə rəyləri və zərərli meyllərin aradan qaldırılmasına dair peşəkar tövsiyələri əks etdirən hesabat hazırlanır.

HESABATVERMƏNİN ÜMUMİLƏŞDİRİLMƏSİ
İndiyədək hesabatvermənin ümumiləşdirilməsi bir çoxları tərəfindən “balans sətirlərinin toplanması” kimi qəbul edilir. Hələ ki, Azərbaycanda tabelikdə olan şirkətlərin təsərrüfat fəaliyyətinin nəticələri barədə vahid hesabatın tərtib edilməsi ənənəsi yaranmamışdır, halbuki biznesin hüquqi cəhətdən bir-birindən ayrılmış bir sıra şəxslər arasında bölünməsinin aşkar üstünlükləri hesabatvermənin ümumiləşdirilməsi məsələsinin təcili həllini tələb edir.

Məlum olduğu kimi, maliyyə hesabatverməsinin məqsədi ondan ibarətdir ki, bu hesabatvermənin istifadəçiləri (sahibkarlar, sərmayədarlar, kreditorlar, birja analitikləri, dövlət orqanları və s.) müəssisənin maliyyə vəziyyəti və fəaliyyəti barədə adekvat təsəvvür əldə etsinlər və bunun əsasında idarəetmə qərarları qəbul edə bilsinlər. Bir müəssisələrinin digərlərini idarə etdiyi şəraitdə maliyyə hesabatverməsinin ümumiləşdirilməsinə ehtiyac yaranır, axı qrupa daxil olan hüquqi şəxslərin sayından və ünvanından asılı olmayaraq, bütövlükdə qrup üzrə məlumatları təhlil etmək daha məntiqəuyğundur.

Qrupun maliyyə hesabatverməsinin ümumiləşdirilməsi əsas və törəmə şirkətlərin hesabatverməsində olan məlumatların birləşdirilməsinə əsaslanır. Lakin hesabatvermənin ümumiləşdirilməsi aktivlərin, öhdəliklərin, kapitalın, gəlirlərin və xərclərin analoji maddələrinin sətirbəsətir toplanması ilə məhdudlaşmır: hesabatvermənin ümumiləşdirilməsi prosesi bir sıra xüsusi hesablamalar və prosedurlar nəzərdə tutur. Bu zaman hər mərhələdə ayrı-ayrı şirkətlərin maliyyə hesabatlarının və bəzi əlavə məlumatların bu və ya digər standartlara uyğun gələn ümumiləşdirilmiş hesabatvermə dəstinə çevrilməsi üzrə tədbirlər yerinə yetirilir.
KMC-nin mütəxəssisləri Azərbaycanın mühasibat uçotu standartlarına və beynəlxalq GAAP standartlarına uyğun olaraq tərtib edilən hesabatvermənin ümumiləşdirilməsini həyata keçirirlər.

ABUNƏ XİDMƏTİ (DAİMİ XİDMƏT)
KMC müştərilərə abunə xidməti (daimi xidmət) göstərir. Abunə müqavilələri üzrə xidmətlər paketinə peşəkar auditorların mühasibat uçotu, vergiqoyma, idarəetmə və auditor yoxlamaları məsələlərinə dair məsləhət vermələri daxildir.

Abunə xidmətindən istifadə edən şirkətlər uzunmüddətli münasibətlərdən irəli gələn bir sıra üstünlüklər əldə edirlər, o cümlədən: böyük həcmdə məsləhət xidmətləri; biznesin sahə xüsusiyyətlərinin, habelə təşkilati və digər xüsusiyyətlərinin dəqiqliklə nəzərə alınması; müştərinin xüsusi tapşırıqlarını və istəklərini nəzərə almaqla, maliyyə hesabatverməsinin müntəzəm və ətraflı auditi (adətən kvartalda bir dəfə).

Ödənişin bərabər bölüşdürülməsini də abunə xidmətinin üstünlüklərinə aid etmək olar (adətən ayda bir dəfə). KMC-nin mütəxəssisləri müştərilərin uçotunun düzgünlüyünün, hesabatvermənin düzlüyünün, vergiqoymanın və təsərrüfat əməliyyatlarının hüquqi sənədləşdirilməsinin qayğısına özləri qalacaqlar. Sizin öz biznesinizin inkişaf etdirilməsinə maksimum vaxt, qüvvə və vəsait sərf etməyə real imkanınız olacaqdır.

FƏALİYYƏT NÖVLƏRİ ÜZRƏ TƏŞKİLATLARIN (MÜƏSSİSƏLƏRİN) AUDİTİ

KMC-nin mütəxəssisləri təşkilatların (müəssisələrin) mühasibat uçotunun və bazarda həyata keçirdikləri əməliyyatların xüsusiyyətlərini nəzərə almaqla, təşkilatların (müəssisələrin) məcburi və təşəbbüs auditini keçirirlər. Biz aşağıdakıları həyata keçiririk:

  • Ticarət təşkilatlarının (müəssisələrinin) auditi;
  • İstehsalın auditi;
  • İctimai iaşə sahəsində audit;
  • Xidmətlər sahəsində audit;
  • İnşaat sahəsində audit;
  • Xarici iqtisadi fəaliyyətin (XİF) auditi.

AYRI-AYRI ƏMƏLİYYATLARIN AUDİTİ
Bir qayda olaraq, ayrı-ayrı əməliyyatların auditi təşəbbüs auditi çərçivəsində xüsusi tapşırıqlar əsasında keçirilir. Müştərilərimizin rəhbərliyi vaxta və pula dəyər verir, ona görə də uçotunun və ya vergiqoymasının düzgünlüyü şübhə altında olan əməliyyatların auditi üçün müraciətin səbəbi vəsaitə qənaət etmək istəyidir. Bir çox halda uçot sisteminin kompleks yoxlamasını sifariş etməyə ehtiyac olmur. Aydındır ki, pul vəsaitləri ilə əməliyyatların auditi çox da bahalı tədbir olmayacaqdır. Lakin hətta bir sahənin yoxlanması da çox əmək sərfiyyatı tələb edə bilər (misal üçün, böyük həcmdə xarici iqtisadi əməliyyatların auditi).

Müştərinin xüsusi tapşırığı həm gündəlik, həm də yaradıcı xarakterli ola bilər və axırıncı halda yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini tələb edə bilər. KMC sizin istənilən sifarişinizi həvəslə yerinə yetirər. Misal üçün, biz aşağıdakı növdə xidmətlər təklif edə bilərik:

  • Ayrı-ayrı vergilərin auditi;
  • Valyuta əməliyyatlarının auditi;
  • İdxal əməliyyatlarının auditi;
  • İxrac əməliyyatlarının auditi;
  • Kredit əməliyyatlarının auditi;
  • Lizinq əməliyyatlarının auditi;
  • Debitor və kreditor borclarının auditi;
  • Maya dəyərinin auditi.

AUDİTOR MƏSLƏHƏTLƏRİNİN VERİLMƏSİ
Azərbaycanda peşəkar auditor məsləhətləri mühasiblərin, hüquqşünasların və təşkilatların rəhbərliyinin gündəlik işinin ayrılmaz hissəsinə çevrilir. Müstəqil məsləhətçilərlə əməkdaşlığın səmərəliliyinin səbəbi müxtəlif məsələlərin həlli sahəsində həmin məsləhətçilərin zəngin təcrübəyə malik olmasıdır. Hər gün bizim mütəxəssislər uçotun, vergiqoymanın, hüququn və idarəetmənin müxtəlif fəsillərinə dair peşəkar auditor məsləhətləri verirlər. Bir çox halda problemin həllini və ya sizi maraqlandıran sualın cavabını nazirliklərin məktublarında və ya təlimatlarında, məhkəmə praktikasının təhlilində axtarmaq lazımdır. Bu zaman bu və ya digər qanunvericilik normalarının tətbiqi sahəsində praktik təcrübə barədə biliklər də kömək edə bilər.

Savadlı mütəxəssis peşəkar auditor məsləhətləri üçün müraciət etməkdən utanmır. Sadəcə gündəlik cari işə görə daim dəyişən qanunvericiliyin bütün incəliklərini öyrənmək üçün vaxt qalmır. Öz rəyi üçün cavabdeh olan peşəkar auditorun rəyini nəzərə almaqla fəaliyyət göstərmək elə bir yanaşmadır ki, onu tətbiq etdikdə maliyyə hesabatverməsində təhriflərin, vergi orqanları ilə problemlərin və ya əsaslandırılmamış idarəetmə qərarlarının qarşısını almaq olur. KMC aşağıdakı xidmətləri göstərir:

  • Vergilərə dair məsləhətlər;
  • Mühasibata dair məsləhətlər;
  • Hüquqi məsləhətlər.

Bizim şirkətin peşəkar auditor məsləhətləri yazılı şəkildə verilir, normativ aktlara dair istinadlara malik olur, habelə müştərilərin haqlı olduqlarını sübuta yetirmək üçün istifadə edə bildikləri rəsmi sənəd statusuna malik olurlar.


İstifadəçi:
Parol:

Qeydiyyatdan keçmiş istifadəçilər üçün
(qeydiyyat)





ENTER

T: (+ 994 12) 497 89 97
F: (+ 994 12) 497 89 97
E: info@kmc-az.comCopyright 2006 KMC. All rights reserved.