HomeBaş səhifəyə AZ  RU  EN
About Us Services Projects Partners Carrer Contacts
LAYİHƏLƏRİMİZ

KMC həyata keçirdiyi son layihələrin qisa xülasəsi aşağıda verilmişdir:

Vəzifə təlimatlarının, iş prosedurlarının, həmçinin Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi prosedurlarının işlənməsi və tətbiq edilməsi layihəsi Binəqədi Neft şirkəti tərəfindən sifariş olunmuşdur. Layihənin təyinatı və zəruriliyi istehsalın və idarəetmənin yeni keyfiyyət səviyyəsinə qalxması üçün şirkətdə olan iş proseslərinin qaydaya salınıb sənədləşdirilməsindən ibarət idi. Layihə müddətində iş yerlərində tədqiqatlar və bütün səviyyələrdə işçilərlə görüşlər keçirilmişdir.

ERP-sisteminin tətbiqi layihəsi çərçivəsində mövcud iş məntiqinin, idarəetmə və iş prosesinin təhlili və sənədləşdirilməsi üzrə məsləhət xidməti MBask sığorta şirkətinə göstərilmişdir. Avropanın Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilmiş bu layihə dovründə departament direktorları və şöbə rəisləri ilə görüşlər nəticəsində iş prosesini izah edən sənədlər yeniləşdirilib, yenidən işlənib və yeni qurulan sistemin funksionallığına dair ilkin tələblər aydınlaşdırılmışdır ki, bu da proqram təminatının seçilməsi və tətbiqi üçün zəruri olan texniki tapşırığının işlənməsinə əsasdır.

Mühasibat uçotunun aparılması, biznesin təşkili və idarəolunması, həmçinin maliyyənin planlaşdırılması üzrə məsləhət xidmətləri bizim daimi müştərilərimiz olan bir neçə şirkətlərə göstərilir. Bunlardan müxtəlif sahələrdə fəaliyyət göstərən AvandSIS HI-Tech Systems, KETS, Cavadxan Tarix və Mədəniyyət Fondu kimi təşkilatlara mühasibat uçotunun ilkin sənədləşməsi, hesabatların aparılması, muvafiq dövlət orqanlarına təqdim edilməsi, vergi və vergi qoyma, müqavilələrin tərtib edilməsi, idarəetmənin optimallaşdırılması və sənəd dövriyyəsi üzrə, həmçinin reklam və ictimaiyyətlə əlaqələr sahəsində məsləhətlər verilir.

Kənd təsərrüfatının qiymətləndirilməsi layihəsi Beynəlxalq Avrasiya Təsisatının SCCP proqramının Azərbaycan Nümayəndəliyinin xahişi ilə həyata keçirilmişdir. Bu qiymətləndirmə yerli və beynəlxalq aqrobiznes qurumlarının fəaliyyəti və onların bu sahəyə töhfələrini xüsusi vurğulamaqla milli kənd təsərrüfatı sektorunun ümumi qiymətləndirilməsinə yönəlmişdir. Tədqiqat 30–dan artıq yerli və beynəlxalq təşkilatı cəlb etmiş və hədəf qrupları və hərtərəfli sorğuların daxil olduğu keyfiyyətli tədqiqat üsulları vasitəsi ilə həyata keçirilmişdir. Hərtərəfli sorğular professional müsahibə alanlar tərəfindən həyata keçirilmiş və audio lentlərə yazılmış və layihənin analitiki tərəfindən təhlil edilmişdir. Xüsusi hazırlanmış sorğu/hakim təlimatlarından istifadə etməklə, həmçinin kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə hədəf qrupu həyata keçirilmişdir. Müzakirələr lentə yazılmış, transkripsiyası hazırlanmış və sonrakı təhlillər yekun hesabatın qiymətləndirilməsinə daxil edilmişdir.

Əhalinin hədəf qrupu arasında işsizlik barədə tədqiqat Azərbaycanın Sosial Elmi Tədqiqat Mərkəzinin xahişi ilə həyata keçirilmişdir. Tədqiqatın əsas məqsədi işsiz əhalinin yaşayış vəziyyətini və qayğılarını qiymətləndirmək, onların problemlərinin həll edilməsində dövlətin cəlb olunma səviyyəsini öyrənmək və s.-dən ibarət idi. Tədqiqat kəmiyyət təhlilləri vasitəsi ilə həyata keçirilmiş və icraçı tərəfindən hazırlanmış təsadüfi seçim metoduna əsaslanaraq Bakı və Sumqayıtda 400–dən artıq insanla üzbəüz müsahibəni əhatə etmişdir.


İstifadəçi:
Parol:

Qeydiyyatdan keçmiş istifadəçilər üçün
(qeydiyyat)





ENTER

T: (+ 994 12) 497 89 97
F: (+ 994 12) 497 89 97
E: info@kmc-az.comCopyright 2006 KMC. All rights reserved.