HomeBaş səhifəyə AZ  RU  EN
About Us Services Projects Partners Carrer Contacts
HAQQIMIZDA

“Kapital Management & Consulting” (KMC) Azərbaycan cəmiyyətinin müasir qlobal zəmanədə qəfil peyda olan tələblərini qarşılamaq üçün yaradılmışdır. KMC neft və qaz məhsullarından əldə olunan maliyyə ehtiyatlarının istifadəsi nəticəsində yaranan inkişaf prosesində tərəfdaş kimi iştirak etməyə can atır. 2006-cı ildə hüquqi şəxs kimi qeydiyyatdan keçməsinə baxmayaraq KMC öz tərəfdaşlarının böyük təcrübəsinə, onların yerli əmək bazarı haqda biliklərinə və digər sahə mütəxəssislərinin tapşırıqlarının öhdəsindən gəlmək bacarığına əsaslanır.

Azərbaycan qloballaşmanın tələblərinə cavab vermək və Avropa Qonşuluq Siyasəti ilə əməkdaşlıq etmək məqsədilə iqtisadi, təhsil, sosial sahələrdə islahatlar həyata keçirir. Deyilənlərə əsaslanaraq biz diqqətimizi aşağıdakı sahələrə yönəldirik:

I. MÜHASİBAT, MALİYYƏ VƏ VERGİLƏRİN İDARƏOLUNMASI
Müəssisənin mühasibat və maliyə uçotunun aparılması, audit edilməsi, uçotun və auditin aparılmasına dair məsləhətlərin verilməsi, vergi və digər dövlət qurumları ilə münasibətlərin qurulması və s. bu kimi xidmətlərin normativ sənədlər əsasında aparılır.

MÜHASİBAT XİDMƏTLƏRİ
MALİYYƏ İDARƏETMƏSİ
VERGİLƏR VƏ VERGİQOYMA
AUDİTOR XİDMƏTLƏRİ

II. BİZNES MƏSLƏHƏTLƏRİ XİDMƏTİ
Biznesin təşkili və idarəedilməsində müəssisəyə məsləhətlər, layihələr, proqramlar, menecment xidmətləri göstərilir.

STRATEJİ VƏ İDARƏETMƏ MƏSLƏHƏTLƏRİ
LAYİHƏLƏRİN VƏ PROQRAMLARIN İDARƏOLUNMASI
BİZNESİN PLANLAŞDIRILMASI

III. KEYFİYYƏTİ İDARƏETMƏSİ
Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) işlənməsində, tətbiqində və sertifikatlaşmaya hazırlanmasında, habelə yaradılmış və ya yaradılan sistemin avtomatlaşdırılmasında təşkilatlara ixtisaslı yardım göstəririk.

KEYFİYYƏTİ İDARƏETMƏ SİSTEMİ (KİS)
İŞ PRİNSİPLƏRİ
KİS-in YARADILMASINA DAİR MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ

IV. MARKETİNQ VƏ İCTİMAİ ƏLAQƏLƏR
Marketinq və İctimaiyyətlə əlaqə sahəsində tədqiqat, məsləhət, reklam və s. bu kimi xidmətlərin göstərilməsi

TƏDQİQATLAR
KONSALTİNQ
REKLAM
İCTİMAİ ƏLAQƏLƏR
MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏTLƏRİN İDARƏOLUNMASI - MMİ (CRM)
MARKETİNQ VƏ SATIŞ
İNFORMASİYA TEXNOLOGİYALARI

V.TƏHSİL SAHƏSİNDƏ MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ
Təhsil sahəsində KMC ümumi, ali, qabiliyyət və yaşlı təhsil səviyyələrini əhatə edir və təhsillə bağlı aşağıdakı xidmətləri təklif edir:

  • Təhsilin iqtisadiyyatı və maliyyələşdirilməsi
  • Kurrikulum və dərsliklərin hazırlanmasıı
  • Müəllim hazırlığı
  • Qiymətləndirmə və dəyərləndirmənin inkişafı
  • Məktəb şəbəkələrinin səmərəşdirilməsi
  • Məktəblərin idarəolunması
  • İnformasiya Texnologiyaları və Təhsilin İdarə olunmasının Məlumat Sistemi (TİMS)
  • Razı qalacağınız formada məktəb binalarının layihələşdirilməsi

Biz Azərbaycanda və ondan kənarda olan təşkilat və şəxslərlə əməkdaşlıq edirik. Bunlar aşağıdakılardır:

  • Univerisitet və digər təhsil müəssisələri
  • İqtisadi və social araşdırma təşkilatları
  • İctimai sector təşkilatları
  • Xüsusi məsləhətçilər
  • Qeyri-höküməti təşkilatlar
  • İndividual məsləhətçilər

VI. ERP SİSTEMLƏRİ
KMC ERP sistemlərin tətbiqi, layihələşmənin təftişi və göstəricilərin yaradılmasına əks istiqamətdə həyata keçirir.

ERP SİSTEMLƏRİ HƏLL EDƏ BİLƏCƏK MƏSƏLƏLƏRİ
ERP SİSTEMİN TƏTBİQ EDİLMƏSİ SAHƏSİNDƏ OLAN XİDMƏTLƏR


İstifadəçi:
Parol:

Qeydiyyatdan keçmiş istifadəçilər üçün
(qeydiyyat)





ENTER

T: (+ 994 12) 497 89 97
F: (+ 994 12) 497 89 97
E: info@kmc-az.comCopyright 2006 KMC. All rights reserved.