HomeBaş səhifəyə AZ  RU  EN
About Us Services Projects Partners Carrer Contacts
V. TƏHSİL VƏ TƏLİM PROQRAMLARI

Yenicə yaranan tələbatlara uyğunlaşmaq məqsədilə biz yeni və daha geniş əsaslı bacarıqlara, habelə cəmiyyətin dəyişən ehtiyaclarına cavab vermək məqsədilə təhsildə dəyişiklik etmək üçün çevikliyə ehtiyac duyuruq. Dövlət təhsilindən əlavə, təlimi fasiləsiz proses kimi başa düşmək lazımdır. Uzaq perspektivdə bu, şəxsi səriştələrin və cəmiyyətin gözlədiyi bacarıqların uğurlu uyğunluğunu təmin edir.

Bütün bunlar üçün imkan yaratmaq məqsədilə təhsil müəssisələri və əmək bazarının subyektləri arasında dəqiq birləşməyə və əməkdaşlığa ehtiyac vardır. KMC belə əlaqələrin və tərəfdaşlıqların qurulmasında birləşdirici qüvvə olmaq və Azərbaycanın təhsil sektorunda müştərilərin ehtiyaclarına uyğun olan və fərdi qaydada göstərilən məsləhətçi xidmətlərini təmin etmək məqsədinə xidmət edir.

XİDMƏTLƏR

Təhsil sektorunda KMC təhsilin müxtəlif pillələrinə, o cümlədən aşğıdakılara aid olan məsələlərə dair ekspert rəyi təmin edir:

  • İbtidai və orta təhsil
  • Ali təhsil
  • Peşə təhsili və təlimi
  • Axşam təhsili – təşkilat və kadr ehtiyatlarının yaradılması
  • Genişəhatəli / xüsusi təhsil
  • Təhsilin iqtisadiyyatı

Biz özümüzün genişəhatəli ehtiyat şəbəkəmiz sayəsində hazırda təhsil sahəsində ən mühüm məsələlər hesab edilən aspektləri əhatə edən bir sıra xidmətlər göstəririk. Biz aşağıdakı işlərlə məşğuluq:

  • Strategiyanın və siyasətin təhlil və tərtib edilməsi
  • Təhsilin idarəolunması və informasiya sistemlərinin (TİMS) hazırlanması
  • Kurrikulum və dərslik hazırlanması
  • Müəllim hazırlığı
  • Dəyərləndirmənin və qiymətləndirmənin hazırlanması
  • İnformasiya Texnologiyası

Strategiyanın və siyasətin təhlil və tərtib edilməsi

Məqsədlər:

  • Alt-regionun təhsil sistemləri üzrə alt-regional elektron şəbəkəsini yaratmaq və dəstəkləmək
  • Təhsil siyasəti çərçivəsini möhkəmləndirmək
  • Fəaliyyət və siyasət sahəsində tədqiqatları həyata keçirmək və nümunəvi siyasi təlimatlar hazırlamaq
  • Təhsilin İdarəolunmasının Məlumat Sistemlərini hazırlamaq
  • Məlumatdan geniş istifadəni və məlumatın geniş mübadiləsini dəstəkləmək
  • Alt-regionun təhsil sistemlərində İKT siyasətini və strategiyalarını həyata keçirmək
  • Siyasəti müəyyən edən maraqlı şəxsləri təhsil məqsədləri üçün İKT-dən istifadə barədə məlumatla təmin etmək məqsədilə yüksək səviyyəli kurs hazırlamaq

Təhsilin idarəolunması və informasiya sistemlərinin (TİMS) yaradılması

TİMS-in məqsədlərini aşağıdakı şəkildə ümumiləşdirmək olar:

  • Ahəngdar və birləşdirilmiş sistemlər, xüsusilə qeydiyyat, şagird qəbulu, kadr təminatı, maliyyə və buna və qurğu sistemlərini yaratmaq
  • Təhsil məlumatlarının vaxtında toplanmasını təmin etmək
  • Məlumatların işlənməsini və təhlilini təmin etmək
  • Təhsil məlumatlarının paylanmasını və rəylərin öyrənilməsini təmin etmək
  • Məlumatların və rəqəmlərin mübadiləsini və bölüşdürülməsini təmin etmək
  • Zəruri qərarların və müdaxilə tədbirlərinin (o cümlədən erkən xəbərdarlığın) səmərəliliyini təmin etmək
  • Təhsilin planlaşdırılması və idarəolunması sistemlərini təmin etmək

Kurrikulum və dərslik hazırlanması

Kurrikulum və dərslik hazırlanmasının məqsədləri aşağıdakılardır:

  • Yerli ehtiyacların müəyyən edilməsi (əyalətlər arasında kurrikulumların və materialların fərqləndirilməsi)
  • Orta məktəbin aşağı siniflərinin və ibtidai siniflərin fənləri üzrə fənn proqramlarının və tədris materiallarının nəzərdə tutulan istifadəçiləri (orta məktəbin aşağı siniflərinin və ibtidai siniflərin müəllimləri üçün iş yerində təlim keçirən metodistlər) ilə birlikdə həmin proqramlar və materiallar daxil olmaqla kurrikulumun hazırlanmasına dair yerli şəraitə uyğunlaşdırılan təkliflərin tərtib edilməsi
  • Kurrikulumun (o cümlədən yerli şəraitə uyğunlaşdırılan və istifadəçi üçün münasib olan təlim materiallarının və pedaqoji vəsaitlərin) hazırlanmasına dair innovativ təkliflərin sinaqdan keçirilməsi, təsdiq edilməsi və qiymətləndirilməsi
  • Dərsliklərin qiymətləndirilməsi
  • İstehsal və paylama
  • Müəllimlər və dərslik seçimi
  • Dərsliklərin davamlı təchizatı, məktəb kitabxanasının yaradılması və kitab sektorunun inkişafı

Müəllim hazırlığı

Hazırlıq proqramlarının bəzi məqsədləri aşağıda göstərilmişdir:

  • Müəllim hazırlığı və ixtisasartırması
  • Peşə bacarıqlarının inkişaf etdirilməsinin dəstəklənməsi
  • Peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsi, təhsilin, səhiyyənin və icmanın inkişafı
  • Əhatəliliyin təşviq edilməsi
  • Əhalinin yoxsul, zəif və təcrid olunan qrupları üçün hazırlıqda iştirak etmək imkanının təmin edilməsi
  • Davamlı əmək haqlarının təmin edilməsi
  • Qərarların qəbul edilməsinə əsas maraqlı tərəflərin cəlb edilməsi
  • Müəllimlər üçün alkoqol və narkotik problemlərinə rast gəlmək təhlükəsinə malik olan şagirdlərin müəyyən edilməsi və onlara kömək etmək üçün tədbir görülməsi üzrə təlim keçmək
  • Narkotiklər barədə təhsilin məzmunundan və prosesindən müəllimlərin razılıq dərəcəsinin artırılması
  • İnspektorlar, məktəb direktorları və müəllimlər üçün təlimin planlaşdırılması və həyata keçirilməsi
  • Təhsilin idarəolunması üzrə ixtisasartıma
  • Əhalinin yoxsul, zəif və təcrid olunan qrupları üçün hazırlıqda iştirak etmək imkanının təmin edilməsi
  • Yüksək vəzifəli şəxslərin və müəllimlərin xaricdə təhsil alması üçün tədris səfərlərinin və təlim proqramlarının tərtib edilməsi və əlaqələndirilməsi
  • Etnik azlıqların müəllimlərinin və şagirdlərinin ehtiyaclarına uyğunlaşdırılan innovativ metodologiyalardan istifadə etməklə müəllimlər üçün kurrikulum hazırlanması üzrə təlim kurslarının tərtib edilməsi və planlaşdırılması
  • Narkotiklər barədə təhsil verən müəllimlərin səriştəsinin, inamının və əzmkarlığının yüksəldilməsi;
  • İnteraktiv tədris metodlarından istifadə sahəsində müəllimlərin inamının artırılması
  • Narkotiklər barədə təhsil proqramının planlaşdırılmasında, hazırlanmasında və sinif otağında həyata keçirilməsində müəllimlərə yardım göstərilməsi

İnkişafın dəyərləndirilməsi və qiymətləndirilməsi

Məqsədlər:

  • Gündəlik fəal tədris və təlim metodları
  • Şagirdlərin gündəlik həyati təcrübələri əsasında onların fərdi və kollektiv səriştələri
  • Həmkarların qarşılıqlı təlimi
  • Müəllimlərin və şagirdlərin tədqiqat bazaları
  • Dərs planının hazırlanması və müqavilə əsasında iş metodologiyaları
  • Müasir tədris avadanlığından istifadə
  • Uyğunlaşdırılan tədris və təlim vəsaitlərinin hazırlanması
  • Müəllimlər/şagirdlər və şagirdlər/şagirdlər arasında qarşılıqlı fəaliyyət
  • Etnik azlıqların müəllimlərinin və şagirdlərinin inamı və ünsiyyət bacarıqları
  • Valideynlərin iştirakı və xəbərdarlığı

İnformasiya Texnologiyası

Bəzi məqsədlər aşağıda göstərilmişdir:

  • Informasiya və Kommunikasiya Texnologiyası ilə dəstəklənən tədris metodlarını rəğbətlə qarşılamaq
  • Təhsil müəssisələrinin və onların avadanlığının şəbəkələrdə birləşməsini hazırlamaq, heyət üçün İKT-nin rolu üzrə təlim keçmək
  • Multimediya resurslarının istehsalına, paylanmasına və yerləşdirilməsinə kömək etmək
  • Məhsul və xidmət sənayesini genişləndirmək
  • Orta və ali məktəb kitabxanalarının informasiya resursları ilə təminatını planlaşdırmaq və təşkil etmək

Bizim bütün layihələr geniş ictimaiyyət üçün onların nəticələrini nəzərə almaqla həyata keçirilir. Buna görə də layihələr sadəcə təhsilə həsr edilmir, onlar şəxsiyyətin formalaşmasının cəmiyyət və onun rifahı üçün daha böyük əhəmiyyət kəsb etdiyini nəzərə alırlar.


İstifadəçi:
Parol:

Qeydiyyatdan keçmiş istifadəçilər üçün
(qeydiyyat)





ENTER

T: (+ 994 12) 497 89 97
F: (+ 994 12) 497 89 97
E: info@kmc-az.comCopyright 2006 KMC. All rights reserved.