HomeBaş səhifəyə AZ  RU  EN
About Us Services Projects Partners Carrer Contacts
II. BİZNES MƏSLƏHƏTLƏRİ

STRATEJİ VƏ İDARƏETMƏ MƏSLƏHƏTLƏRİ

  • Ümumi və funksional strategiyaların işlənməsi
  • Ümumi inkişaf planının tərtib edilməsi
  • İdarəetməyə dair məsləhətlərin verilməsi və praktik dəstəkləmə
  • Təşkilati potensialın qiymətləndirilməsi
  • Rəhbər işçilərə fərdi qaydada strateji inkişaf məsələləri barədə məsləhətlərin verilməsi
  • Təcrübə mübadiləsi

LAYİHƏLƏRİN VƏ PROQRAMLARIN İDARƏOLUNMASI

  • Layihənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi
  • Layihənin planlaşdırılması
  • Layihənin normativ sənədlərinin işlənməsi
  • Layihənin mərhələli idarəolunması
  • Layihə büdcəsinin hazırlanması və maliyyə monitorinqi

BİZNESİN PLANLAŞDIRILMASI

  • Strateji planlaşdırma
  • Müəssisənin maliyyə və təsərrüfat fəaliyyətinin təhlili
  • Biznes layihələrinin hazırlanması
  • Autsorsinqin tətbiqinə dair məsləhətlərin verilməsi
  • Biznes planının tərtib edilməsi
  • Texniki-iqtisadi əsaslandırmanın (TİƏ) tərtib edilməsi

KMC analitik tədqiqatlar, strateji və əməliyyat məsləhətlərinin verilməsi, maddi-texniki təchizat proseslərinin optimallaşdırılması, maliyyə idarəetməsi və təşkilati inkişaf sahəsində idarəetmə xidmətlərinin geniş çeşidini təklif edir. İşə problemin müəyyən edilməsindən başlayaraq, biz müştərilərimizin fərdi tələbatlarını nəzərə alaraq hazırladığımız tövsiyələrin praktik tətbiqi ilə işimizi başa çatdırırıq.

Biz təşkilatı vahid canlı orqanizm kimi qəbul edirik və hesab edirik ki, həmin orqanizmin bütün əsas elementləri, o cümlədən idarəetmə prosesləri, istehsalat, maliyyə, qiymətqoyma, marketinq, heyətin idarəolunması siyasəti, maddi-texniki təchizat və s. bir-birinə təsir göstərərək və bir-birindən asılı olaraq rəqabət mühitinin ardıkəsilməyən meydanoxumaları şəraitində şirkətin öz fəaliyyətini davam etdirə bilməsinə təsir göstərir.

Hər bir konkret təşkilat fərdidir və öz formasına və fəaliyyətinə görə təkrarolunmazdır, ona görə də praktik tövsiyələr tərtib edən zaman şirkətimiz standart həll variantları təklif etmir və əsas diqqəti müəyyən təşkilatın problemlərinə yönəldir.

Bizim fərqimiz ondan ibarətdir ki, biz bütün təşkilati prosesləri qarşılıqlı təsirdə və asılılıqda görürük. Bu, sinergetik nəticə əldə etməyə və daim dəyişən biznes mühitində təşkilatın mökəmliyini artırmağa kömək edir.

STRATEGİYAYA VƏ İDARƏETMƏYƏ DAİR MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ

Planlaşdirilan gələcək tədbirlərdən fərqli olaraq, təşkilatın strategiyası ehtimal olunan məqsədin sabit əksi deyil, təşkilati inkişafın təbiəti barədə analitik təsəvvürdür: bu zaman təşkilat rəhbərlərinin qəbul etdikləri qərarlar dəyişən mühitdə resursların maksimal dərəcədə səmərəli və məqsədəuyğun istifadə edilməsinə yönəldilir. Bu, təkamüül daimiliyidir və bu zaman strategiya uğurun simvolu hesab olunur.

Strategiyaya və idarəetməyə dair məsləhətlərin istiqamətləri
-ümumi və funkssional strategiyaların işlənməsi;
-ümumi inkişaf planının tərtib edilməsi;
-idarəetməyə dair məsləhətlərin verilməsi və praktik dəstəkləmə;
-təşkilati potensialın qiymətləndirilməsi;
-rəhbər işçilərə fərdi qaydada strateji inkişaf məsələləri barədə məsləhətlərin verilməsi;
-təcrübə mübadiləsi.

Tətbiq edilən metodologiya KMC-nin fərqli cəhətimiz ondan ibarətdir ki, biz təşkilati inkişaf strategiyasının tərtib edilməsi və onun praktik tətbiqi məsələlərinə kompleks şəkildə yanaşırıq.
Strategiyanın işlənməsini və modelləşdirilməsini həyata keçirərkən biz makro- və mikro-iqtisadi təmayüllərin və ölkələrin xüsusiyyətlərinin, o cümlədən sosial amillərin təsirinin tədqiq edilməsi əsasında məqsədlərin əldə edilməsi üçün real imkanları nəzərə alırıq. Bu zaman biz kəmiyyət və keyfiyyət təhlili texnikalarından istifadə edirik.

KMC strategiya məsələlərində nadir proses-analitik yanaşmasını tətbiq edirik.

LAYİHƏLƏRİN VƏ PROQRAMLARIN İDARƏOLUNMASI

Müasir təşkilat bir neçə müxtəlif məqsədə eyni vaxtda nail olmaq üçün öz resurslarını və diqqətini bölüşdürmək məcburiyyətində qalır. Bu zaman həmin məsələlərin həlli şirkətdən ayrı-ayrı idarəetmə səylərinin cəmləşdirilməsini və bu prosesə həm şirkətin daxili ehtiyatlarından, həm də kənardan ən hazırlıqlı mütəxəssislərin cəlb edilməsini tələb edə bilər. İdeyanın yaranmasından onun praktik tətbiqinə qədər layihənin reallaşdırılmasının bütün dövrü ərzində idarəetmə resurslarını optimal şəkildə istifadə etməyə imkan yaradan layihə idarəetməsi metodlarını, müasir bilikləri və toplanmış təcrübəni tətbiq edən təşkilat ən uğurlu təşkilat hesab olunur.

Layihə idarəetməsinin növləri
-layihənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
-layihənin planlaşdırılması;
-layihə təkliflərinin (Project Proposal) və layihənin normativ sənədlərinin işlənməsi;
-layihənin mərhələli idarəolunması;
-layihə büdcəsinin hazırlanması və maliyyə monitorinqi.

Tətbiq edilən metodologiya
KMC-nin dizayn, birbaşa dəstək və məqsədyönlü layihə idarəetməsi sahəsində nadir biliklərimiz var. Bizim heyətimiz istənilən mərhələdə layihə prosesinə qoşulmağa hazırdır. Layihə idarəetməsinin bütün mərhələlərində müştərimizi dəstəkləmək üçün biz bütün mövcud və mümkün resursları səfərbər edəcəyik və bunun sayəsində sinergetik effektə nail ola biləcəyik.

BİZNESİN PLANLAŞDIRILMASI

Təşkilatda biznesin planlaşdırılması bir daimi proses kimi aktual məsələyə çevrilir. Azərbaycan iqtisadiyyatının tamamilə yeni əsaslarla və keyfiyyətcə dəyişməsinə ehtiyac yerli müəssisələrin bazar iqtisadiyyatı şəraitində daha yaxşı fəaliyyət göstərməsini təmin etmək üçün biznes plnlaşdırmasının geniş tətbiq edilməsinə dair aşkar ehtiyacın yaranmasına səbəb olur. Müəssisələr maliyyə, maddi, əmək və intellektual resurslara və onların əldə edilməsi üçün mənbələrə dair perspektiv ehtiyacı aydın təsəvvür etməli və iş prosesində resurslardan istifadənin səmərəliliyini dəqiqliklə hesablamağı bacarmalıdırlar.

Həm daxili, həm də xarici məqsədlər üçün müəssisənin və ya şirkətin biznes-planı, habelə layihənin TİƏ-si dərin nəzəri biliklərə və böyük iş təcrübəsinə malik olan mütəxəssislər tərəfindən işlənməlidir. Biznes planlaşdırması məsləhətçi şirkətində göstərilən xidmətlər sahəsində ən çox tələb edilən istiqamətlərdən biridir.

KMC-nin heyəti qiymətləndirmə, maliyyə idarəetməsi, maliyyə riskləri, tətbiqi riyaziyyat və maliyyə təhlili sahəsində əla biliyə malik olan və istənilən mürəkkəblikdə məsələni həll edə bilən mütəxəssislərdən ibarətdir.

KMC-nin biznes planlaşdırması sahəsində göstərdiyi xidmətlərin siyahısı aşağıda verilmişdir:

  • Strateji planlaşdırma;
  • Müəssisənin maliyyə və təsərrüfat fəaliyyətinin təhlili;
  • Riskli və yenilikçi layihələrə dair məsləhətlərin verilməsi;
  • Autsorsinqin tətbiqinə dair məsləhətlərin verilməsi;
  • Biznes-planın tərtib edilməsi;
  • Texniki-iqtisadi əsaslandırmanın (TİƏ) tərtib edilməsi.

STRATEJİ PLANLAŞDIRMA
Struktur dəyişikliyi prosesində yeni idarəetmə sistemlərinin, yəni strateji planlaşdırmanın, operativ planlaşdırmanın, maliyyə idarəetməsinin və kadr ehtiyatlarının idarəolunmasının işlənməsi mühüm yer tutur. Şirkət tərəfindən yeni idarəetmə sistemlərinin işlənməsində ilk addım strateji planlaşdırmanın səmərəli təşkilindən ibarətdir. Bununla əlaqədar olaraq uzaq perspektiv üçün şirkətin dəqiq məqsədlərinin müəyyən edilməsinin əhəmiyyəti xüsusilə artır. Sonrs həmin uzunmüddətli strateji məqsədlər əsasında onların həyata keçirilməsi üzrə konkret addımlar işlənməli, öz növbəsində həmin addımlar əsasında isə müvafiq qısamüddətli büdcələr işlənməlidir. Praktikada uzunmüddətli strateji məsələlərin həlli üçün müvafiq proqramlarda birləşdirilən konkret tədbirlərin işlənməsi nəzərdə tutulur. Bu proqramlar tərkib hissələrə bölünə bilər və bunun sayəsində hər il tələb olunan resurslar qiymətləndirilə bilər.

MALİYYƏ VƏ TƏSƏRRÜFAT FƏALİYYƏTİNİN TƏHLİLİ
Bazar iqtisadiyyatı şəraitində müəssisənin fəaliyyət göstərə bilməsi üçün şərt və onun sabit vəziyyətinin əsası müəssisənin maliyyə möhkəmliyindən ibarətdir. Maliyyə möhkəmliyi maliyyə vəsaitlərinin elə bir vəziyyətini əks etdirir ki, həmin vəziyyətdə müəssisə pul vəsaitlərini sərbəst xərcləyərək və onları səmərəli istifadə etməklə fasiləsiz istehsal prosesini və məhsul satışını, habelə müəssisənin genişləndirilməsi və yeniləşdirilməsi üçün xərcləri təmin edə bilsin.

Müəssisələrin maliyyə möhkəmliyi hədlərinin müəyyən edilməsi bazar iqtisadiyyatına keçid şəraitində mövcud olan ən mühüm iqtisadi problemlərdən biridir, çünki qeyri-kafi maliyyə möhkəmliyi müəssisələrdə istehsalın inkişafı üçün vəsaitin olmamasına, müəssisənin ödəmə qabiliyyətinə malik olmamasına və nəticə etibarilə iflasına səbəb ola bilər, həddindən artıq maliyyə möhkəmliyi isə inkişafa mane ola bilər və ehtiyatların həddindən artıq olması nəticəsində müəssisənin xərcləri azala bilər.

Müəssisənin maliyyə möhkəmliyini qiymətləndirmək üçün onun maliyyə vəzziyyətini təhlil etmək lazımdır. Maliyyə vəziyyəti vəsaitlərin mövcudluğunu, yerləşdirilməsini və istifadəsini əks etdirən göstəricilərdən ibarətdir.

Təhlilin məqsədi təkcə müəssisənin maliyyə vəziyyətini müəyyən etmək və qiymətləndirmək deyil, həm də həmin vəziyyətin yaxşılaşdırılmasına yönəldilən işi daim davam etdirməkdir. Maliyyə vəziyyətinin təhlili bu işi hansı konkret istiqamətlərdə aparmağı göstərir. Buna uyğun olaraq, təhlilin nəticələri müəssisə fəaliyyətinin konkret dövründə müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılmasının ən mühüm üsullarını müəyyən edir.
Maliyyə vəziyyəti xarici mühitdə müəssisənin iqtisadi fəaliyyətinin ən mühüm xarakteristikasıdır. O, müəssisənin rəqabətəqadirliyini, işgüzar əməkdaşlıqda onun potensialını müəyyən edir, müəssisənin özünün və onun tərəfdaşlarının maliyyə və digər münasibətlər üzrə iqtisadi maraqlarının nə dərəcədə təmin edildiyini qiymətləndirir.

BİZNES LAYİHƏSİNİN HAZIRLANMASI
Biznes layihələrinin aşağıdakı növləri vardır:

  • yenilikçi,
  • təşkilati,
  • elmi-tədqiqat,
  • təlim-təhsil,
  • qarışıq və s.

Biznes layihələrinin böyük əksəriyyəti sərmayə (xərc) xarakteri daşıyır. Sərmayə layihəsinin həyata keçirilməsi üçün lazım olan sərmayələrin həcmi onların təsnifatının bütün sadalanan əsaslarından, və ilk növbədə layihənin miqyasından, müddətindən və mürəkkəbliyindən asılıdır.

Adətən sərmayə layihəsinə o layihələr aid olur ki, orada əsas məqsəd mənfəət əldə etmək üçün biznesin müxtəlif növlərinə vəsait yatırmaqdan ibarət olsun. Biznes layihələrin bu qrupuna yenilikçi layihələri daxildir: bu layihələrə şirkətin fasiləsiz inkişafını təmin edən müxtəlif yeniliklərin tətbiq edilməsi sistemi aid edilir.
Riskli layihə bazara yüksək texnologiyalı və rəqabətəqadir məhsulların çıxarılmasını nəzərdə tutur. Belə sərmayə qoyuluşu yüksək risk dərəcəsi ilə səciyyələnir, lakin eyni zamanda sərmayədara böyük mənfəət vəd edir. Sərmayədar üçün layihənin məhz maliyyə nəticəsi (mənfəət) vacibdir, riskli maliyyələşdirmə kommersiya perspektivinə malik olan məhsulun yaradılmasını, sonra isə bazara çıxarılmasını nəzərdə tutmayan elmi tədqiqatların dəstəklənməsi üçün nəzərdə tutulmamışdır.

Yenilikçi tədqiqat və inkişaf layihələri yeni məhsulun və ya xidmətlərin, habelə onların istehsalı üsullarının yaradılması ilə əlaqədardır. Təşkilati, maliyyə, elmi-tədqiqat və digər sahələrdə yeniliklər, xərclərə qənaəti təmin edən və ya belə qənaət üçün şərait yaradan hər hansı təkmilləşdirmə də belə layihələrə aiddir.

Yenilikçi biznes layihələri arasında aşağıdakı növləri fərqləndirmək olar:

  • təkilati biznes layihələri – müəssisənin islahatı, yeni idarəetmə sistemi konsepsiyasının reallaşdırılması, yeni təşkilatın yaradılması və ya beynəlxalq forumun keçirilməsi;
  • iqtisadi biznes layihələr – müəssisələrin özəlləşdirilməsi, auditor sisteminin yaradılması, yeni vergilər sisteminin tətbiqi;
  • sosial biznes layihələr – sosial təminat və səhiyyə sisteminin islahatı, əhalinin yoxsul təbəqələrinin sosial müdfiəsi, təbii və sosial fəlakətlərin nəticələrinin aradan qaldırılması. Bu layihələr ən böyük qeyri-müəyyənliyə malikdirlər.

KMC-nin mütəxəssisləri layihə perspektivlərinin qiymətləndirilməsində və qəbul edilən qərarların keyfiyyətinin yüksəldilməsində sizə kömək edərlər.

AUTSORSİNQİN TƏTBİQİNƏ DAİR MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ
Autsorsinq (aut – kənar, sors – mənbə) fəaliyyətin əsas sahəsində səylərin cəmləşdirilməsi və qeyri-ixtisas funksiyalarının və müəssisənin ümumi vəzifələrinin kənar ixtisaslı şirkətlərə verilməsi hesabına müəssisələrin fəaliyyətinin optimallaşdırılması üsuludur. Autsorsinq informasiya texnologiyaları, təchizat və təminat, xidmət, maliyyə, kadr təminatı və hətta istehsal sahəsində müəssisənin müəyyən funksiyalarının yerinə yetirilməsinin səmərəliliyini yüksəltməyə imkan verir. Autsorsinq metodu xərclərin ixtisar edilməsi, xarici mühitin şərtlərinə uyğunlaşmanın sürətləndirilməsi, məhsulun və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və risklərin azaldılması yolu ilə bazar iqtisadiyyatında fəaliyyət və inkişaf problemlərinin həll edilməsində şirkətlərə kömək edir. Sifarişçi şirkət ikincidərəcəli funksiyaların autsorsinqindən istifadə etməklə əsas diqqətini məhz özünə, öz ixtisaslaşmasına xas olan funksiyalara yetirə bilər. Vasitəli podratdan fərqli olaraq, autsorsinq sadəcə qarşılıqlı tərəfdaşlıq münasibətləri deyil, şirkətin idarəolunması strategiyasıdır və o, şirkətin daxili proseslərinin və xarici münasibətlərinin quruluşunun müəyyən dərəcədə dəyişdirilməsini nəzərdə tutur.

Autsorsinqin tədqiqatçıları şərti olaraq autsorsinqin iki növünü fərqləndirirlər: istehsalat autsorsinqi və biznes proseslərinin autsorsinqi. İstehsalat autsorsinqi istehsalat proseslərinin bir hissəsinin və ya bütün istehsalat dövrəsinin kənar şirkətə verilməsini nəzərdə tutur.

Biznes proseslərinin autsorsinqi şirkət üçün əsas və biznes yaradan olmayan ayrı-ayrı biznes proseslərinin kənar təşkilata verilməsindən ibarətdir. Misal üçün, heyətin idarəolunması, hüquqi məsələlərin həll edilməsi, mühasibat uçotu, marketinq və s. autsorsinqə verilə bilər.

Autsorsinq İnstitutunun (Outsourcing Institute, ABŞ) mütəxəssislərinin fikrincə biznes proseslərinin autsorsinqi müəssisələrin fəaliyyətinin optimallaşdırılmasının fövqəladə dinamizmlə inkişaf edən növüdür və ən böyük artım hüquqi autsorsinqə, habelə maliyyə və mühasibat uçotu sahəsində autsorsinqə məxsusdur.

BİZNES PLANININ TƏRTİB EDİLMƏSİ
Biznes planının tərtib edilməsi sərmayə qoyulması barədə qərarın qəbul edilməsi üçün lazım olan bütün məlumatları təmin etmək üçün nəzərdə tutulmuşdur. İşgüzar biznes layihəsinə aidiyyatı olan ətraf mühitin kommersiya, texniki, maliyyə və iqtisadi zəminləri və şərtləri müəyyən edilməli və ilkin TİƏ-də tədqiq olunan alternativ qərarların araşdırılması əsasında diqqətlə yoxlanmalıdır. Bu qərarların nəticəsi biznes plandır və onun fon şərtləri və məqsədləri əsas məqsəd və mümkün maketinq strategiyaları, bazarın əldə edilə bilən payı, müvafiq istehsal obyektləri, müəssisənin yerləşdiyi ərazi, mövcud xammal, uyğun gələn texnologiya və avadanlıq, ətraf mühitə göstərilən təsirin qiymətləndirilməsi əsasında dəqiqliklə müəyyən edilir. Biznes planı tərtib edilən zaman tədqiqatın maliyyə tərəfi qoyulan sərmayənin miqyasını, o cümlədən dövriyyə kapitalını, istehsal və marketinq xərclərini, satışdan əldə edilən gəlirləri və sərmayə qoyulan kapitaldan əldə edilən mənfəəti əhatə edir.

Sərmayə və istehsal xərclərinin yekun qiymətləndirmələri, sonra isə sərmayə layihəsinin gəlirliliyinin hesablanması yalnız o halda əhəmiyyət kəsb edir ki, layihənin həcmi birmənalı şəkildə müəyyən edilsin.
Eyni struktura və tərtibat formasına malik olduğuna görə, biznes planın tərtib edilməsinin hər hansı məcburi nümunəsi yoxdur. Bundan əlavə, layihədən asılı olaraq, müxtəlif məsələlərin araşdırılmasının dərəcəsi və dəqiqliyi müxtəlif olur.

Biznes plan əks əlaqəni, ayrı-ayrı hissələrin qarşılıqlı əlaqəsini, habelə kommersiya, texniki və digər risklərin qiymətləndirilməsini əhatə edən optimallaşdırma prosesi kimi maksimal dəqiqliklə işlənməlidir. Zəif yerlər yaranan zaman və ya biznes planın gəlirliliyinin qeyri-adekvat olduğu müəyyən edilən zaman bazarın həcmi, istehsal proqramı, avadanlıq kimi həssas parametrləri diqqətlə təhlil etmək və layihənin həyata keçirilə bilmək imkanını və səmərəliliyini artırmaq məqsədilə daha yaxşı alternativlər tapmağa çalışmaq lazımdır.

Əksər hallarda biznes-planın tərtib edilməsi ehtimalların müəyyən edilməsi ilə müşayiət olunur. Bütün ehtimallar, istifadə olunan məlumatlar və biznes-planda seçilən qərarlar təsvir edilməli və əsaslandırılmalıdır ki, o, öz təhlilini aparan sərmayədara daha aydın olsun.

  • Biznes planlaşdırmasının məqsədləri
  • Biznes plan və onun növləri
  • Biznes planın strukturu və hamı tərəfindən qəbul edilən prinsipləri
  • Biznes planlaşdırmasında səhvlər
  • Biznes planın normativ məlumatı
  • Biznes plana əlavələr

Biznes planlaşdırmasının məqsədləri
Müasir işgüzar praktikada biznes planın işlənməsi və tərtib edilməsi aşağıdakı məqsədlərə xidmət edir:

Siz kredit götürmək istəyirsiniz
Bank sizin layihəyə kredit verərkən böyük kredit risklərini öz öhdəsinə götürdüyünə görə, kreditin və kredit üzrə faizlərin qaytarılmasına dair müəyyən zəmanətlər almalıdır. Belə zəmanət formalarından biri peşəkar səviyyədə tərtib edilən biznes plandır.

Siz öz ideyalarınızı həyata keçirmək üçün sərmayədar axtarırsınız
Hər sərmayədar biznes layihəsinə sərmayə qoyduğu vəsaitlərdən əldə edəcəyi maddi xeyir barədə məlumata ehtiyac duyur, və həmin məlumat mümkün qədər dəqiqliklə sübut olunmalıdır. Biznes plan məhz həmin sənəddir ki, sərmayədar burada ona lazım olan bütün əsaslandırılmış məlumatları tapa bilər.
Müəssisənin daxili məqsədləri üçün:

  • Müəssisədə maliyyə idarəetməsinin səmərəliliyinin yüksəldilməsi;
  • Strateji planlaşdırma;
  • Biznesin yenidən qurulmasının planlaşdırılması.

Biznes planın növləri
Kommersiya ideyasının və ya sərmayə qoyuluşu layihəsinin biznes planı – mümkün tərəfdaş və ya sərmayədar üçün marketinq tədqiqatı nəticələrinin ifadə edilməsi, bazarın mənimsənilməsi strategiyasının və ehtimal olunan maliyyə nəticələrinin əsaslandırılması deməkdir.

Kommersiya ideyasının və ya sərmayə qoyuluşu layihəsinin konseptual biznes planı – mümkün sərmayədarın və tərəfdaşın layihə ilə nə dərəcədə maraqlandığını və ya layihəyə cəlb edilməsinin mümkünlüyünü müəyyən etmək üçün sərmayədar və tərəfdaş ilə aparılan danışıqların əsasını təşkil edir.

Şirkətin biznes-planı – sərmayələrin və ya digər resursların həcmini əsaslandırmaq üçün əsas büdcə təxminlərini və təsərrüfat göstəricilərini qeyd etməklə, növbəti plan müddətində şirkətin inkişaf perspektivlərinin Direktorlar Şurasının və ya sərmayədarlar yığıncağının qarşısında ifadə edilməsi deməkdir.

Struktur bölməsinin (maliyyə məsuliyyəti mərkəzinin) biznes planı – mərkəzləşdirilmiş qaydada ayrılan resursların həcminin və vaciblik dərəcəsinin və ya bölmənin ixtiyarında qalan mənfəətin artım qiymətinin əsaslandırılması üçün bölmənin təsərrüfat (əməliyyat) fəaliyyətinin inkişaf planının ali rəhbərlik qarşısında ifadə edilməsi deməkdir.

Kreditor təşkilatdan vəsaitlərin kommersiya əsasları ilə borc götürülməsi üçün biznes plan (kreditə dair sifariş).
Müəyyən layihəyə vəsait və ya resurs ayrılmasından region və bütövlükdə cəmiyyət üçün bilavasitə və dolayı mənfəətləri əsaslandırmaqla kəskin siyasi və sosial problemlərin həll edilməsi üçün dövlət büdcəsindən və ya xeyriyyə fondlarından vəsait almaq üçün biznes plan (qranta dair sifariş).

Regionun (ölkənin) inkişafına dair biznes plan – büdcə səlahiyyətlərinə malik olan orqanlar üçün regionun sosial-iqtisadi inkişafı perspektivlərinin və maliyyələşdirmə həcmlərinin, habelə müvafiq proqramların əsaslandırılması deməkdir.

Biznes planlaşdırmasında ən çətin iş proqnozlardır. Proqnozları layihə nəticələrini həyata keçirən insanlar deməlidirlər və biznes planın düzgün tərtib edilməsi həmin insanların nə dərəcədə düzgün proqnoz verməsindən asılıdır.

TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRMANIN (TİƏ) TƏRTİB EDİLMƏSİ
Layihənin texniki-iqtisadi əsaslandırması o zaman yazılır ki, avadanlığın, texnologiyanın, prosesin, avadanlığın yerləşdirilməsinin və s. məhz təklif olunan variantının seçilməsinin zəruriliyini sübuta yetirmək lazım gəlsin.

Layihənin texniki-iqtisadi əsaslandırması (qısa olaraq TİƏ) biznes plandan aşağıdakı cəhətləri ilə fərqlənir:

  • Adətən texniki-iqtisadi əsaslandırma və ya TİƏ artıq mövcud olan və işləyən müəssisədə yeni texnologiyaların, proseslərin və avadanlığın tətbiqinə həsr olunan layihələr üçün yazılır, ona görə də, əksər hallarda TİƏ-də bazarın təhlili, marketinq strategiyası, şirkətin və məhsulun təsviri, habelə risklərin təhlili sadəcə əks olunmur;
  • Texniki-iqtisadi əsaslandırmada təklif olunan texnologiyaların və proseslərin və layihədə qəbul edilən qərarların seçilməsinin səbəbləri, onların tətbiq edilməsinin nəticələri və səmərəliliyin iqtisadi hesablamaları barədə məlumat verilir.

Nəticə etibarilə, demək olar ki, biznes plan ilə müqayisədə TİƏ xeyli dar və xüsusi xarakter daşıyır.

RƏHBƏR İŞÇİLƏRƏ FƏRDİ QAYDADA MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ

Fərdi qaydada məsləhətlərin verilməsinin xüsusiyyəti nədən ibarətdir? O, şəxsiyyətin fərdi inkişafı prinsiplərini həyata keçirən və özünün idarəetmə səriştəsini daim təkmilləşdirən rəhbər işçilər üçün nəzərdə tutulmuşdur. Bizim müştəri, təşkilatın rəhbəri nəyə nail olmaq istədiyi barədə təsəvvürə malikdir, məsləhətçinin vəzifəsi isə nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi prosesini sürətləndirməkdən ibarətdir.

Əksər hallarda belə olur ki, yalnız siz şirkətin rəhbəri kimi bütün təşkilatın gələcək inkişafı istiqamətini bilirsiniz. Fərdi qaydada məsləhətlərin verilməsinin üstünlüyü ondan ibarətdir ki, o, rəhbər işçiyə mövcud məsələlərin bütün cəhətlərini və yeni üfüqlərin açılması üçün imkanları görmək imkanı yaradır.

Fərdi qaydada məsləhətlərin verilməsi daxili narahatlıq hissinin və stress vəziyyətlərinin qarşısını almağa imkan yaradır. Biz başa düşürük ki, rəhbər işçinin özünü inamlı hiss etməsi və şirkətdə dəyişiklik prosesləri ilə əlaqədar olan riskləri minimuma endirmək imkanına malik olması vacibdir. Biz yaranan şəraitin mürəkkəbliyindən asılı olmayaraq rəhbər işçiyə doğru qərarlar qəbul etmək imkanı yaradan əlavə biliklərin əldə edilməsində ona kömək edirik.


İstifadəçi:
Parol:

Qeydiyyatdan keçmiş istifadəçilər üçün
(qeydiyyat)





ENTER

T: (+ 994 12) 497 89 97
F: (+ 994 12) 497 89 97
E: info@kmc-az.comCopyright 2006 KMC. All rights reserved.