HomeBaş səhifəyə AZ  RU  EN
About Us Services Projects Partners Carrer Contacts
VI. ERP SİSTEMLƏRİ

Göstəricilərin yaradılması şirkətlərin məqsədlərinin reallaşması üçün ilkin şərtdir. Lakin bu kifayət deyil. Qarşınıza məqsəd qoyarkən onun həyata keçirilməsinə nəzarət etmək zəruridir. Burada şirkətin büdcə siyasətinin formalaşdırılması və reallaşdırılması vacib rol oynayır, ancaq piramidanın əsasında belə desək şirkətin biznes – prosesləri yer alır. Məhz onlar ERP-sistemlərinin köməyi ilə işə düşür. Əslində piramidanın işləməsi üçün ERP-sistemin olması vacib deyil. Mühasib hesablama apararaq ən üst səviyyəyə gedib çıxan və şirkətin hara hərəkət etdiyini göstərən hesabatı hazırlaya bilər. Burada məsələ belə informasiyanın nə qədər gec olacağındadır. Operativ idarəetmə operativ olmalıdır, yəni baş verən hadisələrə dərhal reaksiya göstərilməlidir. Məhz bunun üçün ERP-sisteminə ehtiyac vardır. Bu sistem (MRP klass sistemindən fərqli olaraq) ehtiyatları bütün şirkət çərçivəsində planlaşdırır. Bura həm istehsalat, həm maliyyə axınları, satınalma, anbar təsərrüfatı və satış, həm də digərləri daxildir.

Qeyd etdiyimiz kimi ERP-sistemləri şirkətin strateji məqsədlərinə çatması üçün biznes-proseslərin işə düşməsinə imkan verir. Hansı ki bunu şirkətin yalnız bir hissəsi haqda məlumat verən və strategiyanın tam reallaşmasını əngəlləyən mühasibat sistemi haqda demək olmur.

ERP-sistemlərin tətbiqi, layihələşmənin təftişi və göstəricilərin yaradılmasına əks istiqamətdə həyata keçirilir. Yəni əgər biz indiyə qədər piramidaya “yuxarıdan-aşağıya” doğru baxırdıqsa indi “bünövrədən-zirvəyə” doğru hərəkət edəcəyik. Belə ki, ilk əvvəl biznes-prosesləri işə düşəcək sonra hesablaşma daha sonra isə büdcə. Yekunda bu və ya digər formada rəhbərliyə təqdim olunan və şirkətin hazırkı vəziyyəti barədə məlumat verən əsas göstəriciləri əldə edəcəyik.

ERP SİSTEMİ HANSI MƏSƏLƏLƏRİ HƏLL EDƏ BİLƏR?

1. İnteqrasiya olunmuş idarəetmə sisteminin yaradılması:

  • ERP-sistemi istehsal prosesi ilə birbaşa işləmir (ERP-sistemi istehsalat proseslərinin avtomatlaşdırılması üzrə sistem deyil) lakin texnoloji proses modeli ilə əlaqəsi var
  • Şirkətin fəaliyyətinin optimallaşdırılması, material və maliyyə axınının məlumata əsasən iş yerlərinə istiqamətləndirilməsi
  • Şirkətin istehsal fəaliyyətinin planlaşdırılması və idarə edilməsinin, xammalın əldə edilməsindən tutmuş hazır məhsulun istehlakçıya göndərilməsinədək bir sistemdə əhatə olunması
  • İnformasiya sistemə bir dəfə daxil edilir, o şirkətin bir bölməsində peyda olur, orada saxlanılır və bütün maraqlı tərəflər ondan istifadə edə bilir (şöbələr, departamentlər və s.)
  • Bununla əlaqədar olaraq inzibati gecikmələr azalır, məlumatların inteqrasiya problemi aradan qaldırılır

2. ERP-sisteminin səmərəli planlaşdırma və idarəetmə metodları aşağıdakıları həyata keçirməyə imkan yaradır:

  • Ehtiyatların kəsirini və istifadəsiz qalmasını aradan qaldıraraq onların sayını tənzimləmək, bununla da xərclərin və anbar sərfiyyatının kifayət qədər azaldılması
  • Başa çatmamış istehsalı azaltmaq, belə ki istehsalat son məhsula olan tələb əsasında planlaşdırılır və burada müştəri sifarişinin hansı vaxtda çatdırılması əsas götürülür
  • Müəssisənin real gücünü nəzərə alaraq sifarişlərin yerinə yetirilmə qabiliyyətini qiymətləndirmək
  • Biznes-proseslərin optimallaşdırılması hesabına məhsulların istehlakına sərf olunan xərclərə və vaxta qənaət etmək
  • Hər bir istehsalat vahidinin istehsal qabiliyyətini izləmək, onu istehsalat planı ilə müqayisə etmək, istehsal planına operativ düzəlişlər etmək
  • Nəticədə istehsalat dövrünün azaldılması və sifarişlərin yerinə yetirilməsi şəklində tələblərə daha dolğun cavab verilməsi
  • Sifarişlərin vaxtında çatdırılması hesabına müştərilərə və sifarişçilərə göstərilən xidməti yaxşılaşdırmaq
  • Əmtəənin bazar qiymətini dəyişmək (maya dəyərinin azaldılması hesabına) və bununla da rəqabət qabiliyyətini artırmaq

3. Şirkətin investisiya cəlb etmə qabiliyyətini yüksəltmək: ERP-sistemləri şirkətin biznesini də şəffaflaşdırır və bu da investorların ona inamını artırır. Bu Azərbaycandakı şərtlər daxilində daha aktualdır.

4. Müəssisədə bütün biznes-proseslərin çoxlu sayda ehtiyatların planlaşdırılması və idarə etmə hesabına səmərəli internet layihələrin reallaşdırılması ehtimalı

Bu aşağıdakı imkanları yaradır:

  • Məhsulların yeni onlayn-satışını təşkil etmək, bununla reklam xərclərinin azaldılması və öz məhsulunun irəli çəkilməsi güman olunur (“İnternet – piştaxtaların” yaradılması)
  • Müştərilərə xidməti yaxşılaşdırmaq

İstehsalat ehtiyatlarının idarə edilməsi üzrə Amerika Cəmiyyətinin məlumatlarına görə ERP-sisteminin kompleks şəkildə tətbiq edilməsi müəssisəyə aşağıdakıları gözləməyə imkan verir:

  • Sığorta ehtiyatlarının 40% azaldılması
  • Mal material ehtiyatlarının 65% artırılması
  • Hazır məhsulun göndərilməsində gecikmələrin 45% azaldılması
  • Əmtəə dövriyyəsinin 30% artırılması
  • İnzibati – idarə etmə aparatının xərclərinin 30% azaldılması

ERP SİSTEMİN TƏTBİQ EDİLMƏSİ SAHƏSİNDƏ OLAN XİDMƏTLƏR

KMC şirkəti ERP-sisteminin tətbiq edilməsi sahəsində böyük təcrübəyə malik mütəxəssis heyətina malikdir. Bizim məsləhətçilər bütün sistem komponentləri üzrə ekspert biliyinə malikdirlər. Məsləhət xidməti sizin bütün tələb və suallarınıza cavab verəcəkdir. KMC mütəxəssisləri tərəfindən hazırlanan layihələrin əsas hədəfi Sifarişçilərə onların biznes-proseslərinin rentabelliyinin, gəlirliliyinin və səmərəliliyinin artırılması üçün əsaslandırılmış operativ strateji idarə etmə qərarlarının qəbulunda rəhbərliyə və mütəxəssislərə kifayət qədər informasiya dəstəyinin göstərilməsidir.

KMC – nin xidmətlər kompleksinə daxildir:

  • Mövcud olan biznes-məntiq və idarə etmə sisteminin təhlili
  • Proqram məhsulunun seçimində məsləhətlər
  • ERP-sisteminin hazırlanması, tətbiq edilməsi və servisi
  • Sənəd dövriyyəsinin təhlili və yenidən təşkili
  • Təşkilatı idarə etməyə prosessual yanaşmaya dəstək
  • Menecment keyfiyyət sisteminin avtomatlaşdırılması
  • Sənədlərin razılaşdırılması və təsdiqi proseslərinin avtomatlaşdırılması
  • Sənəd və tapşırıqların yerinə yetirilməsinə nəzarət üsulu
  • Sənədlərin istifadəçilərin iş yerlərinə istiqamətləndirilməsi və çatdırılması
  • Sənədlərin işlənmə proseslərinin idarə edilməsi
  • Sifarişçi və kontragentlərlə birgə fəaliyyətin təşkili
  • Sənədlərin elektron arxivinin yaradılması

Layihələrin həyata keçirilməsində biz bütöv yanaşmaya, yəni əsas fəaliyyət sahələrinin seçilməsinə və daha çox iqtisadi səmərə verən biznes-proseslərin avtomatlaşdırılmasına əsaslanırıq. Bu zaman biznes-təkliflərdə, biznes-fəaliyyətdə, biznes-proseslərdə, İT-infrastrukturunda və müəssisənin strukturunda baş verən bütün dəyişikliklər razılaşdırılmış bir qrafikə uyğun həyata keçirilir.


İstifadəçi:
Parol:

Qeydiyyatdan keçmiş istifadəçilər üçün
(qeydiyyat)





ENTER

T: (+ 994 12) 497 89 97
F: (+ 994 12) 497 89 97
E: info@kmc-az.comCopyright 2006 KMC. All rights reserved.